Mərhum Aslanın bacısı qızı: 'Kaş onu həmin zaman tək qoymazdıq' - VİDEO
"Dayımın ifa etdiyi mahnıları dinləyirəm. Böyüdükcə onun nəğmələrinə qulaq asıb, həvəslə çıxışlarını, duetlərini, bizə gəlişini gözləyirdim. Aslan dayı həyatımda dərin və silinməz böyük iz qoyub. Onun üçün çox darıxırıq".
azxeber.com bizim.mediaya istinadla xəbər verir ki, bu sözləri mərhum müğənni Aslan Hüseynovun bacısı qızı Zümrüd "O üz" verilişinə müsahibəsində deyib.
Dayısından söz açan Zümrüd dünyasını dəyişməzdən əvvəl onunla səyahətə çıxmadığı üçün heyifsləndiyini dilə gətirib.
"Dayım haqda hər dəfə düşünəndə çox ağrı verir. İnanmağım gəlmir ki, o, aramızda yoxdur. Ən böyük "kaş ki..."larımdan biri Aslan dayımla səyahətə çıxmağımın imkanının olmamasıdır. Kaş ki, onunla daha çox vaxt keçirərdim. Kaş ki, son günlər ona daha çox dəstək olardım. Nənəmin dünyasını dəyişməsi bir çox ailə üzvlərimiz kimi onu da çökdürmüşdü.
O zaman onun dəstəyə daha çoz ehtiyacı vardı. Kaş ki, həmin zaman onu tək qoymazdıq. Onu qucaqlayıb, hamının onun üçün darıxdığını, sevdiyini deyərdim. O, bunu bilirdi, hiss edirdi. Hazırda da, o, daha yaxşı bir yerdədir. Biz bir gün mütləq görüşəcəyik".
Qeyd edək ki, ötən ilin mayında Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında Aslan Hüseynov özünün idarə etdiyi "BMW" markalı avtomobillə qarşıda hərəkət edən "Kamaz" markalı yük avtomobili ilə toqquşub. Nəticədə 55 yaşlı müğənni vəfat edib.









Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin