Məşhur aktrisadan İbrahim Tatlısəslə bağlı ŞOK AÇIQLAMA: "Məni yatağa itələyib..."

Məşhur aktrisadan İbrahim Tatlısəslə bağlı ŞOK AÇIQLAMA: "Məni yatağa itələyib...""Yeşilçam"ın məşhur kino ulduzu Yeşim Akbulut İbrahim Tatlısəslə münasibətləri haqqında şok iddialar irəli sürüb.

Publika.az "Milliyet"ə istinadən xəbər verir ki, aktrisa "Kanal D"də yayımlanan "İkinci sayfa" proqramında qonaq olub. O, verilişdə qastrolda olduqları zaman İbrahim Tatlısəsin onunla yaxınlaşmaq, hətta yatmaq istədiyini etiraf edib:

"Sibel Can, Sezen Aksu, MFÖ qrupu və mən Bursada idik. Hər kəs özünə aid otaqda qalırdı. Bir gün İbrahim bəydən səhər 11-də zəng gəldi. Öz-özümə düşündüm ki, bu saatda mənə niyə zəng edib. Köməkçim dedi ki, məni otağına dəvət edir. Sonra getməyə qərar verdim. Otağı aşağı mərtəbədə idi, qapını döymək istəyəndə içəridən Sibel Can çıxdı. Sibel Can onda oriental rəqqasə idi. Otağa girib yatağın kənarında oturub "Niyə çağırmısınız" deyə soruşdum. "Səndən çox xoşum gəlir" deyib yatağa tərəf itələdi. Təəccübləndim, həyəcanlandım və təşvişə düşdüm. Titrəməyə başladım, gənc qadın idim, özümü onun qollarına buraxa bilərdim...

Üzünü əlimlə oxşayıb "İbrahim bəy, saqqallarınız çıxıb" dedim. O, isə köməkçilərinə "Mənim üçün təraş bıçağı alın" deyərək qarşılıq verdi. Mən də fürsətdən istifadə edib "İbrahim bəy, otağıma çıxıb düşürəm, işim var" deyərək oradan uzaqlaşdım.

Köməkçimə dedim ki, telefonlara cavab verməsin, sonra otaqdan çıxmadım. Həmin gün İbrahim Bursanı tərk etdi, hətta konsertdə də çıxış etmədi. Deyəsən, qüruru sınmışdı, mənimlə birlikdə olmaq istəmişdi. Əslində, duyğusallıq baxımdan mən də onu rədd etmədim, amma o da bəyəndiyi qadını əldə edə bilməyincə çıxıb getdi. Heç vaxt "İbrahim bəy mənə təcavüz etdi" deməmişəm. Belə bir şey onsuz da baş verməyib. Kişinin məndən xoşu gələ bilər, mən də aşiq ola və özümü saxlamaya bilərəm...

İbrahim bəydən uzaqlaşmağımın səbəbi onun hörmət etdiyi, qarşısında baş əydiyi yaxın dostunun mənə aşiq olması idi, dəlicəsinə sevirdi. İbrahimlə birlikdə olsaydım, onlar çox möhkəm dalaşardı. Bəlkə də İbrahim bəyə nə isə edərdi. Qorxduğum üçün qaçdım, yeganə səbəb bu idi. Onunla heç cür görüşə bilmədim. Görüşmək istədim, amma həmişə qaçdı. Buradan etiraf edirəm ki, mən də ona aşiq idim. Birlikdə ola bilməməyimizin yeganə səbəbi o adam idi. İbrahim Tatlısəsi öldürərdi. Odur ki, qaçmaq məcburiyyətində qaldım.

Bunu da ilk dəfə etiraf edirəm. Birlikdə onunla film çəkirdik, çəkilişlərdə onunla danışmaqdan boyun qaçırırdım, çünki çox həyəcanlanırdım. Sevirdim, amma həmişə qaçırdım".
Məşhur aktrisadan İbrahim Tatlısəslə bağlı ŞOK AÇIQLAMA: "Məni yatağa itələyib..."

Şou Biznes     Baxılıb: 2091   Tarix: 01 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. İfaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

.

Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür

Müğənni Nuranla Avroviziya qalibimiz Nigar Camal duet oxuyacaq. Bu barədə Nuran özü məlumat verib. O, "TMB 100.5 FM"də  Lamiyə Ələkbərovanın "Ulduzla danış" rubrikasında danışıb. "Biz görüşəndə bir-birimiz

.

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

.

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

.

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

turlar.az

kosmetika mehsullari qadın geyimi qaşların formalari daglar haqqinda infeksion xestelikler viktoriya sekret geyim dəbləri kosmetika ana haqqinda bayati baldiza aid haxisda qardasa aid haxistalar novruz bayramına aid hakışta sanama