Məşhur aktyor ölümcül xəstəliyə tutuldu - Çarəsi yoxdur
Məşhur aktyor Eric Dane çarəsi olmayan xəstəliyə tutulub.
Milli.Az CNN-ə istinadla xəbər verir ki, "Euphoria" və "Greys Anatomy" seriallarının aktyoru bu barədə özü məlumat verib.
Aktyor bildirib ki, ona ALS diaqnozu qoyulub. Eric Dane xəstəliyinin hazırki müddətdə işinə mane olmayacağını da açıqlayıb. Onun dediyinə görə səhhəti imkan verdiyi müddətdə çəkilişlərə davam edəcək.
ALS xəstəliyi beyində və onurğa beynində yerləşən hərəki sinir hüceyrələrini zədələyən, əzələlərin tədricən zəifləməsinə və hərəkət qabiliyyətinin itirilməsinə səbəb olan irəliləyici sinir sistemi pozuntusudur. Xəstəliyin hazırda məlum müalicəsi yoxdur.
Dane HBO-nun "Euphoria" serialında Cal Jacobs obrazını canlandırır. O, 2006-2012-ci illərdə "Greys Anatomy"də Dr. Mark "McSteamy" Sloan rolu ilə məşhurlaşıb. Aktyor həmçinin "Bad Boys: Ride or Die" kimi filmlərdə də rol alıb. Mark Dane 2004-cü ildən aktrisa Rebecca Gayheart ilə evlidir və onların iki övladı var.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi