Məşhur aparıcıların gəlirləri: Sponsordan faiz alan, həyat yoldaşı dəstəkləyən, gizlədən… - FOTO

Dünya telekanallarında aparıcılar yüksək gəlirləri ilə diqqət mərkəzində olurlar.

Xanim.az bildirir ki, teleqraf.com bunu nəzərə alaraq azərbaycanlı məşhur aparıcılara sualla müraciət edib. Sual belədir: "Aylıq gəliriniz nə qədərdir?"

Sorğunu təqdim edirik:

ATV-nin aparıcısı Yusif Ağayev: "ABŞ və Avropa ölkələrində başqasının maaşını soruşmaq qəbahət hesab edilir. Nədənsə Azərbaycanda buna normal yanaşırlar. Məvacibimdən son dərəcə razıyam. 20 ildir ki, ATV kanalında çalışıram. Qonorar və maaşdan da razıyam".

"Xəzər" TV-nin aparıcısı Çiçək Vakkas: "Maaşım haqqında dəqiq məlumat verə bilməyəcəm. Çünki sponsorlara görə faizlər dəyişir. Verilişlərimin 10-12 sponsoru olur, onların hər birindən böyük məbləğdə faiz alıram".

ATV-nin aparıcısı Kamilə Babayeva: "Aylıq gəlirim haqqında məlumat verməyəcəm. Çünki riyaziyyatla dost deyiləm. Hazırda mənə həyat yoldaşım dəstəkdir".

"Xəzər" TV-nin aparıcısı Firuzə Cəlilova: "Maaşımı deyib gözə gəlmək istəmirəm. Bacarana can qurban. Toylara getmirəm və toy aparıcısı deyiləm. Gərək onlarla aylıq gəlir baxımından rəqabət aparım... Hər kəsin öz ruzisi var. Pul əl çirkidir, xərcləmək üçün qazanırıq. Əsas odur ki, əhvalımız yüksək olsun".

ARB-nin aparıcısı Zümrüd Qasımova: "Həyat yoldaşım olmasa çatdıra bilmərəm. Digər kanallarda aylıq gəlir nə qədərdirsə, bizdə də elədir. Normal maaş alıram. Az desəm deyəcəklər ki, necə işləyirsən? Çox desəm isə əksini.

Düzünü deyim... Maaşım məni tam təmin etmir. Mənə həyat yoldaşım dəstək olur. Təxminən aktyorların maaşı qədər məvacib alıram. Dediyim kimi maaşım normaldır, sağ olsunlar, geyindirilər, saç düzümümüzü belə kanalamızda edirlər".

ATV-nin aparıcısı Şəhriyar Əbilov: "Aparıcılar verilişlə yanaşı toydan, tədbirlərin açılışından da gəlir əldə edirlər. Hazırda açılışlar olur. Toylar iki aya yaxındır yoxdur. Dəqiq məbləğ demiyəcəm. Təxminən aylıq gəlirimiz 1000 manatdan aşağı deyil".

ATV telekanalının keçmiş aparıcısı Günel Hümbətova: "Aylıq gəlir hansı kanalda işləməyimizdən asılıdır. Hazırda aparıcı kimi fəaliyyət göstərmirəm. Aparıcı işləyən zaman maaşım 1000 manatdan yüksək olub".
Məşhur aparıcıların gəlirləri: Sponsordan faiz alan, həyat yoldaşı dəstəkləyən, gizlədən… - FOTOMəşhur aparıcıların gəlirləri: Sponsordan faiz alan, həyat yoldaşı dəstəkləyən, gizlədən… - FOTOMəşhur aparıcıların gəlirləri: Sponsordan faiz alan, həyat yoldaşı dəstəkləyən, gizlədən… - FOTOMəşhur aparıcıların gəlirləri: Sponsordan faiz alan, həyat yoldaşı dəstəkləyən, gizlədən… - FOTOMəşhur aparıcıların gəlirləri: Sponsordan faiz alan, həyat yoldaşı dəstəkləyən, gizlədən… - FOTOMəşhur aparıcıların gəlirləri: Sponsordan faiz alan, həyat yoldaşı dəstəkləyən, gizlədən… - FOTO

Xəbərlər     Baxılıb: 2794   Tarix: 30 mart 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

gözəllik məhsulları kosmetoloq gozel gorunmek arıqlamaq üçün çaylar şaftalının xeyri ev dizaynlari qonaq otagi arvaddan icaze kagizi kosmetika ariqla cinsi rus dili masqalar sağlıq