Məşhur azərbaycanlı müğənni YOXA ÇIXDI - FOTOLAR
Yerli şou-biznesə bomba kimi düşən, bir-birinin ardınca mahnı oxyub, klip çəkdirən müğənnilərdən biri də Sevinc Ağaşirinova olub. Ona görə "olub" deyirik, çünki son bir ildə gənc ifaçı sözün əsl mənasında, yoxa çıxıb. Sosial şəbəkələrdə aktiv olan, maqazin proqramlarında sıx-sıx görünən müğənninin aqibəti bizim üçün çox maraqlıdır.
BiG.AZ xəbər verir ki, S.Ağaşirinova istifadəçisi olduğu sosial şəbəkələrdə aktivliyini tamamilə dondurub. Hətta artıq efirlərə də çıxmır.
Görəsən, nə baş verir? Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə, S.Ağaşirinova Binəqədi rayonu ərazisində yerləşən mənzilindən də köçüb. Buna səbəb isə, ikinci dəfə ailə həyatı qurması göstərilir. Mənbənin bildirdiyinə görə, ikinci dəfə ailə quran S.Ağaşirinovanın həyat yoldaşı ona, efirə çıxmağı, ümumiyyətlə, müğənni kimi fəaliyyət göstərməyi qadağan edib.
Əlavə edək ki, iki dəfə nikahda olub, boşanan Sevincin ikinci evliliyindən Yəhya adlı 3 yaşında bir oğlu var.
Müğənninin özü ilə telefon bağlantısı qurmaq istəyimiz boşa çıxdı. Çünki onun telefon nömrəsi artıq istifadə olunmadığı üçün aktiv deyildi.











Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir