Məşhur bəstəkar təcili xəstəxanaya aparıldı - FOTO
Türkiyənin tanınmış bəstəkarı Coşqun Ərdəm səhnədə çətin anlar yaşamışdı.
Səs sənətçisi Onur Akayın sosial şəbəkədə yaydığı məlumata görə, İsveçrədə veriliş aparan bəstəkar səhnədəykən qəfildən yıxılıb. O, xəstəxanaya aparılıb. Məlum olub ki, onun beyninə qan sızıb.
Qadinsayti.az Milli.Az -a istinadla bildirir ki, İsveçrədə müalicə alan Coşqun Ərdəm hazırda Türkiyəyə gətirilib. Onun vəziyyəti ağırdır.
Bəstəkarın qızı jurnalistlər vasitəsi ilə sənət adamlarına müraciət edib. O, sənət adamlarından atasının yanına ziyarətə gəlmələrini xahiş edib.