Məşhur diş pastalarında zəhərli maddələr aşkarlandı - Azərbaycanda da satılır
Diş pastası ilə bağlı edilən yeni araşdırma cəmiyyət arasında ciddi narahatlığa səbəb olub.
Milli.Az xəbər verir ki, ən etibarlı və məşhur markaların diş məcunlarının tərkibində ağır və zəhərli metallar aşkarlanıb. Hətta uşaqlar üçün nəzərdə tutulan məhsullar belə təhlükədən kənarda deyil.
ABŞ-da fəaliyyət göstərən "Lead Safe Mama" adlı müstəqil təşkilat 51 fərqli diş pastasını laboratoriya testinə göndərib. Nəticələr isə həm istehlakçıları, həm də mütəxəssisləri təəccübləndirib.
Test edilmiş markalar arasında bunlar var:
"Crest" , "Colgate" , "Sensodyne" , "Orajel" , "Burts Bees" , "Toms of Maine" , "Hello" .
Diş pastalarının 90%-ində qurğuşun, 65%-ində arsen, 47%-ində civə, 35%-ində kadmium aşkarlanıb. Bəzi məhsullarda isə bir neçə ağır metal birlikdə tapılıb.
Bu metallar neyrotoksin kimi tanınır və beyin hüceyrələrini zədələyərək idrak funksiyalarına ciddi ziyan vura bilər. Mütəxəssislər bildirir ki, bu maddələrin uzunmüddətli istifadəsi öyrənmə pozğunluqları, autizmə bənzər simptomlar, xərçəng, böyrək xəstəlikləri, ürək-damar problemləri və doğuş qüsurları ilə əlaqələndirilir.
Gündəlik istifadədə olan bu məhsullar sağlamlıq üçün təhlükə mənbəyinə çevrilə bilər. Ekspertlər tərkibində təhlükəli maddə olmayan, sertifikatlı və təbii tərkibli məhsulların seçilməsini tövsiyə edir.
Fidan
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi