Məşhur həkim AÇIQLADI: Qadınlar adaçayı, kişilər isə mate çayı içsin

Məşhur həkim AÇIQLADI: Qadınlar adaçayı, kişilər isə mate çayı içsinTürkiyəli məşhur həkim Ender Saraç beyni gücləndirən əsas amilləri açıqlayıb. Həkim onu da bildirib ki, bağışlamamaq beyin hüceyrələrini zəiflədir.
Milli.Az xəbər verir ki, həkim qadınlara adaçayı, kişilərə isə mate çayı içməyi tövsiyə edib. O, bildirib ki, adaçayı yaddaş və diqqət pozğunluğu yaşayan xanımların, mate çayı isə kişilərin fiziologiyasına daha uyğundur.
Beyindəki yağların 20 faizi meqa-3 yağlarından ibarətdir. Alimlər bildirib ki, doğru qidaları lazımlı anda yemək ağıl və konsentrasiyanın inkişafına əhəmiyyətli təsir edir. Odur ki, yaddaşı gücləndirmək və ya beyin inkişafı üçün bəzi qidaların digərlərindən daha vacib olduğu bildirilir. Dietoloq Ender Saraç Neyroşünaslar Konqresində beyin inkişafına təsir edən məhsullarla bağlı ciddi açıqlamalar verib:
"Omeqa-3-lə zəngin qidalar beyin üçün vacibdir. Onun ən zəngin mənbələri siyənək, sardina, hamsi, somon və alabalıqdır. Eyni zamanda qoz, çia və kətan toxumunda omeqa-3 bol miqdardadır. B12 və D3 vitaminləri də beyin inkişafında önəmli yerə malikdir. Odur ki, bu maddələrin az olması beyin "yanacağının" tükənməsi deməkdir".
Ender Saraç bildirib ki, tərkibində olan omeqa-3 adaçayı yaddaşı yaxşılaşdırır. Xüsusilə diqqət pozğunluğu olan qadınlar üçün bir nömrəli təbii dərmandır, bu çay gündəlik stressi azaldır, beyin neyronları arasındakı əlaqəni gücləndirir.
Dietoloqun sözlərinə görə, mate çayı kişi fiziologiyası üçün daha uyğundur. Mate çayının tərkibində isə təbii kofein var. Kafein beyin üçün çox yaxşı bir xəbərdarlıqdır. Bununla birlikdə, mate çayındakı kofeinin qəhvə kimi qan təzyiqi qaldırmaq riski yoxdur. Mate çayı beyin, zəka və yaddaş üçün də çox faydalıdır.
"Artıq beynimizdən istifadə etmirik. Düşüncə və təxəyyül gücümüz sosial medianın sayəsində yox olmağa doğru gedir. Beyindən xarici mühitə çıxan yeganə sinir qoxu sinirləridir. Odur ki, burun kənarlarına küncüt yağı sürtmək unutqanlığı aradan qaldırmağa kömək edir. Zeytun yağı, xurma, qırmızı ət, qarağat, sarıkök, brokkoli və tünd şokolad beyinə faydalı olan digər qidalardandır.
Beynimiz kompüter kimidir. Lazımlı, lazımsız hər şeyi yadda saxlayırıq. Bir müddət sonra yaddaş dolur. Bu səbəbdən də zehnimizi rahatlaşdıran üsullar var. Möhkəm yuxu, nizamlı məşq, meditasiya, ibadət ilə zehni rahatlaşdıra bilərsiniz. Lakin depressiyaya düşsəniz, qanda serotoninin səviyyəsi azalacaq. Beyin gücü və ya tutumunu artırmaq üçün ən təsirli üsul bağışlamaqdır. Bağışlamağı bacarmayan insanın beyin hüceyrələri yaxşı çalışa bilmir. Yadda saxlayın ki, beyni zəiflədən əsas amillərdən biri də kiməsə kin saxlamaq və bağışlamamaqdır. Qəlbinizi sevgi ilə doldurun, bu, beyni rahatlaşdıran üsullardan biridir" , - deyə sonda mütəxəssiz qeyd edib. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1591   Tarix: 16 mart 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

sac duzumleri toy makiyaji sekilleri qadın geyimi dil haqqinda atalar sözləri geyimler 2026 bu ilin cantalari atalar sozu elm haqqinda kosmetika kahfe fali masqalar gozellik saglam qidalanma kondom