Məşhur həkim karantinin aradan qaldırılmasının vacib şərtlərini sadaladı
Həkim və televiziya aparıcısı Yevgeni Komarovski koronavirus pandemiyası səbəbilə tətbiq olunan məhdudiyyətləri zəiflətməyin mümkün olduğu şərtləri sadalayıb.
Milli.Az xəbər verir ki, həkim bu barədə yutub kanalında danışıb. Komarovski hesab edir ki, xəstəxanalar müalicəyə ehtiyacı olan bütün xəstələri təhlükəsiz müalicə edə bilməlidir.
"Daha doğrusu həkimin iki xəstədən hansını nəfəs aparatına qoşmaq seçimi olmamalıdır. Bundan əlavə, karantin tədbirlərini zəiflətmək və aradan qaldırmaq üçün ən azı 14 gün ərzində yoluxma hallarının davamlı azalması qeyd edilməlidir", - deyə həkim izah edib.
Komarovski qeyd edib ki, bu, dövlətin kütləvi şəkildə testləri sınaq keçirəcəyi halda mümkün ola bilər. Odur ki, həkim izləyiciləri yalnız yeni infeksiyaların sayına deyil, aparılan testlərin sayına da diqqət yetirməyə çağırıb.
Komarovskinin fikrincə, vəziyyətin ciddiliyini göstərə bilən iki amil var: reanimasiya şöbələrində xəstələrin sayı və sınaqdan keçənlər arasında müsbət diaqnoz faizi. (publika.az)
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur
Hüseyn narkotik aludəçisi olandan sonra yalanlar danışdı
Anasının dəfninə getmədi, "TikTok"da sərvət qazandı
Əlikram Bayramov qadağa dövründə balıq tutdu
Yeməklə birlikdə su içənlərə xəbərdarlıq
Xorultudan qurtulmağa kömək edən MƏHSULLAR
Rusiyanın xarici agent kimi tanıdığı Maksim Qalkin Bakıya gəlir
Hasan Can Kaya nişanlandı
Ofeliya qardaşı üçün qan axtarır - İzləyicilərinə səsləndi