Məşhur həkimdən koronavirus xəbərdarlığı: bu maskaların virusdan qoruyuculuq qabiliyyəti yoxdur

Məşhur həkimdən koronavirus xəbərdarlığı: bu maskaların virusdan qoruyuculuq qabiliyyəti yoxdurİnsanların böyük əksəriyyəti maska rejiminə riayət etmir, həm də parça maskalardan istifadə edirlər. Lakin bilməlidirlər ki, parça maskaların virusdan qoruyuculuq qabiliyyəti yoxdur. Ya cərrahi, ya N95, ya da FFP1 maskalardan istifadə olunmalıdır.
Bu sözləri Publika.az-a açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nərimanlı deyib. O bildirib ki, son günlərdə Azərbaycanda yoluxma sayının kəskin artmasının əsas səbəbi əhalinin adi profilaktik tədbirlərə əməl etməməsi ilə bağlıdır.
"Pandemiyanın başlanğıcındada əhali maska taxmır, eyni zamanda karantin qaydalarına o qədər də riayət etmirdi. Yoluxma sayı artdıqdan, qohumlar, tanışlar və ailə üzvləri arasında kimsə bu xəstəlikdən tələf olandan sonra əhali bütün tədbirlərə ciddi yanaşmağa başladı. Tədricən xəstəliyin sayı azalmağa başladı, hamı elə fikirləşdi ki, virusun yoluxuculuğu artıq zəifləyib. Amma əsas yanlışlıq da buradan başladı və xəstəlik yenidən geri qayıtdı.
Məktəbin açılması da virusun yayılmasına ciddi şəkildə təsir göstərən amillərdən biridir. Uşaqlarda COVID-19 infeksiyası qripdən də yüngül keçir, odur ki, ətraf-mühit uşaqları xəstə kimi qəbul etmir. Lakin onlar daşıyıcı rol oynadığı üçün virusun sürətlə yayılmasına səbəb olurlar".
Həkimin sözlərinə görə, koronovirus xəstəliyinin müalicə protokolları pandemiya başlayandan bəri dəyişməyə davam edir:
"İstər dərman preparatlarının istifadəsində, istərsə də xəstəliyin gedişində və müalicə protokollarında dəyişikliklər olduqca çoxdur. Məsələn, birinci protokollarda göstərilən "Kaletra" preparatının effektiv olmaması sübut olundu. Ümumdünya Səhiyyə Təşkilatının dünən və bu gün yaydığı açıqlamada isə göstərilib ki, "Remdesivir" ölüm səviyyəsinin azalmasına təsir göstərmir və süni nəfəs aparatlarına qoşulan xəstələrin sayını azaltmır. Effektiv dərman kimi hələlik "Arbidol" və "Favipiravir"in üzərində dayanırlar. Maye və sistem köçürülməsi haqqında da müəyyən fikirlər irəli sürülür. Ekspertlərin sözlərinə görə, sistem köçürdükdə ağırlaşamalara səbəb olur və iltihab sahəsini artırır. Odur ki, COVID xəstəliyinin müalicəsində sistemdən istifadə düzgün deyil".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2098   Tarix: 16 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

turlar.az

kosmetika mehsullari qis geyimləri 2026 adlarin menasi seksual qadin elm biliye aid atalar sözləri vətənə aid bayatılar ərzaqlar kosmetika məsəllər namiq qaraçuxurlu banan yemek reseptleri nağıllar