"Vegetarian qadınların uşaqları əqli cəhətdən zəif ola bilər"
Hamiləlik dövründə Omega-3 çatışmazlığı uşağın zehni inkişafına təsir göstərə bilər.
Milli.Az xəbər verir ki, bunu rusiyalı dietoloq Yuliya Moskviçeva deyib.
"Xüsusilə vegetarian qidalanan qadınlar bu risklə daha çox üzləşirlər. "Omega-3 yağ turşuları qoz, çiy toxum və bitki yağlarında olsa da, tədqiqatlar göstərir ki, bu mənbələr hamiləlik dövründə kifayət qədər olmaya bilər. Ən zəngin Omega-3 mənbəyi yağlı dəniz balıqları və dəniz məhsullarıdır. Onların çatışmazlığı uşağın idrak və yaddaş qabiliyyətlərinin zəifləməsinə səbəb ola bilər," - deyə Moskviçeva vurğulayıb".
"Bu risklər gələcək anaları qorxutmamalı, sadəcə düzgün qidalanmaya və əlavə vitamin qəbuluna diqqət yetirməyə sövq etməlidir. Vegetarian hamilə qadınlar adətən sağlamlıqlarına qarşı daha məsuliyyətli olurlar və mütəxəssislərin tövsiyələrinə əməl edirlər. Vitamin-mineral kompleksləri və hamilələr üçün xüsusi qidalanma proqramları bu çatışmazlıqları aradan qaldıra bilər," - deyə o qeyd edib.
Moskviçeva həmçinin bildirib ki, hamiləlik dövründə qidalanmanın biokimyəvi göstəricilərinə nəzarət vacibdir və orqanizmdəki bəzi dəyişikliklər qidalanma ilə bağlı patologiyaların xəbərdarlıq əlaməti ola bilər.
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO