Beyin üçün risk yaradan qidalar AÇIQLANDI

Beyin üçün risk yaradan qidalar AÇIQLANDIABŞ-da aparılan yeni bir araşdırma beyin sağlamlığı üçün ən zərərli qidaları müəyyən edib.
Milli.Az xəbər verir ki, Virciniya Texnologiya Universitetinin alimləri müəyyən ediblər ki, çox emal olunmuş ət məhsulları və şəkərli içkilər beyin fəaliyyətinə mənfi təsir göstərir və idrak pozğunluğu riskini artırır.
Tədqiqat Miçiqan Universitetinin Sağlamlıq və Təqaüd Tədqiqatı məlumatları əsasında aparılıb. 55 yaş və yuxarı 4750 nəfər iştirakçı 2014-2020-ci illər arasında yeddi il ərzində izlənilib. Onların idrak vəziyyəti hər iki ildən bir qiymətləndirilib.
Nəticələrə görə, gündə bir porsiya çox emal olunmuş ət məhsulu (kolbasa, salam, hazır ət pizzaları və s.) yeyən insanlarda idrak pozğunluğu riski 17 faiz, şəkərli içkiləri (qazlı içkilər, şirin buzlu çaylar, meyvə dadlı içkilər) gündəlik qəbul edənlərdə isə 6 faiz artıb. Gündəlik əlavə porsiyalar isə Alzheimer və demensiya riskini daha da yüksəldib.
Alimlər qeyd edir ki, ultra emal olunmuş bütün qidalar eyni təsiri göstərmir. Desertlər, dənli bitkilər və süd məhsulları əsasında hazırlanan hazır qidalarla koqnitiv pozğunluq arasında əhəmiyyətli əlaqə aşkar edilməyib. Ən mənfi təsir yalnız ət və içki kateqoriyalarında müşahidə olunub.
Araşdırmanın müəlliflərindən biri, Virciniya Texnologiya Universitetinin qidalanma professoru Brenda Davy, balanslı qidalanmanın vacibliyini vurğulayaraq deyib:
"Əsas məsələ mülayim olmaq və ağıllı pəhriz seçimləri etməkdir. Beyni qorumaq üçün bəzi vərdişləri dəyişmək mümkündür" .
Tədqiqatda bildirilib ki, 2020-ci ildə ABŞ-da ev təsərrüfatlarının aldığı qidanın 65 faizi, içkilərin isə 38 faizi ultra emal olunmuş məhsullardan ibarət olub. Mütəxəssislər hesab edir ki, bu tip məhsulların azaldılması beyin sağlamlığını qorumağın ən sadə, lakin ən təsirli yollarından biridir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1478   Tarix: 05 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

makiyaj instagram yay geyimləri 2026 kosmetik vasiteler gil maskalari qışa hazırlıq badımcan xiyar tursusunun hazirlanmasi qaydasi xinayaxdi bayatilari kosmetika atalar sözü sanamalar burcler qadin.az vidyolar