Məşhur jurnalist Kənan MM-i BİABIR ETDİ: "Həyat yoldaşın zövqsüz və kökdürsə..."

Məşhur jurnalist Kənan MM-i BİABIR ETDİ: "Həyat yoldaşın zövqsüz və kökdürsə..."Türkan Məmmədlidən Kənan Mahmudova Onda şou-biznes hələ beyinləri sıradan çıxartmamışdı. Yerindən duran nədir, heç durmayanın da ağlından ulduz olmaq fikri keçmirdi. Onda ortada az sayda televiziya kanalları və hələ inkişaf etməyən bir-iki xəbər portalı var idi. Heç universitetə daxil olmamışdım. Burulğanın məni bir gün bu sahəyə atacağını nə xəyal edərdim, nə də gözləyərdim... Nəysə, Allah şeytana lənət eləsin! Həmin dövrlərdə az sayda müğənnilər fəaliyyət göstərirdi. Parta-part klip çəkilişləri başlamışdı. Klipmeyker anlamı elə o zamanlarda dillərə yenicə düşürdü. Kənan Mahmudov adlı rejissor haqda da elə ilk dəfə o dövrdə eşitdim. MM təxəllüsü diqqətimi cəlb etmişdi deyə, özünü də görmək maraqlı idi. İlk baxışdan bu kifayət qədər səliqəli xarici görünüşə sahib, bir az da yaraşıqlı, hələ subay və bu cahana sığan gənc rejissora bənzəyirdi. Azsayda həmkarlarından yeganə fərqi daha çox görünmək, məşhurlaşmaq istəyi idi. Universitetin birinci kursuna daxil olmuş, jurnalistika kafedrasının banisi Şirməmməd Hüseynovun az qala hər cümləsini əzbərlədiyim yaşda idim. Amma artıq ATV-nin köhnə binasında ulduz aparıcılarla bir otaqda işləyirdim... Onda Zaur Baxşəliyev ulduz filan deyildi. Ecazkar Afaq Gəncəli isə "Onlar" verilişini aparacağının sevincini yaşayırdı... Mən də bu sahənin dərmə-deşiyindən xəbərsiz idim. Həmin dövrlər üçün Kənan hər hansı bir hərəkəti ilə fərqlənməmişdi. Sakit, başını aşağı salıb, işini görərdi... Bir gün maqazin verilişlərinə verdiyi müsahibəyə baxdım. "Evlənəcəyim qız mobil telefon işlədənlərdən olmayacaq" deyirdi. Dedim nə ağır xasiyyəti var bu MM-in. Qısa müddətdən sonra maqazin jurnalistlərinin qələmindən "Kənan MM müğənni xanımla evlənir" tipli başlıqlar süzüldü. Elə həmin gündən adamın sözünün ağırlığına dırnaqarası baxdım. Amma Allahla danışacam, Kənanın seçdiyi xanım layiqli qız idi. Ən əsası ifaçıya yaraşan sənəti, səsi var idi. Aygün Şükürova haqda digər müğənnilərdən fərqli olaraq mənfi bir söz eşitdiyimi də xatırlamıram. O, yerini bilən, tərbiyəli və səmimi obraz yaratmışdı gözümdə. Bu gün 3 uşaq anasıdır və mənim üçün həmin obrazdadır. Qayıdaq Kənana. O, şou-biznesin klip sənayəsində imzası olan rejissorlardandır. Bu gün bir neçə film də çəkib və çəkilib... Azdan-çoxdan işləyir, nələrsə edir. Amma di gəl ki, elədiyi hər işin içinə də edir... Bu yaxınlarda "Maşın şou"dakı hoqqalarını yəqin ki unutmamısız. Şounun açılışı günü studiyada idim. Kənanı ilk dəfə idi bu qədər diqqətlə sezirdim. Aman Allah, bu qədər eqoistlik hardandır? Uca dağları yaradana bənzəyirsən, ay Kənan, dedim ürəyimdə. Şounun digər iştirakçılarına yuxarıdan aşağı baxıb, amma nədənsə onlarla eyni cərgədə dayanmağı özünə yaraşdıran "adam kimi adam" yəni! Canlı yayımda sərgilədiyi qəzəb, ironika, nifrət, bir az da kədər dolu çıxışları ilk günlərdə inandırıcı gəlirdi. Şounu tərk edənə qədər neçə-neçə obrazlardan çıxdı Kənan. Aktyordu həm də, qınamaq olmaz! Bu gün dediyi ilə sabah etdiyi üst-üstə düşməyincə, insanlarda ikrah hissi yaratdı adam... Azərbaycan tamaşaçısı MM-i elə şounun məqsədinə uyğun tam fərqli tərəfdən tanıtdı... "Maşın" bitsə də, hələ də obrazdan çıxa bilmir, Ritorik Kənan... İki gün öncə Kənanın rejissoru olduğu "Gecə qonağı-2" filminin təqdimat mərasimi keçirildi. Media, dostlar, tanınmışlar toplandı. Qala gecədə ənənələr pozuldu, nəysə ortalığa bir iş çıxdı da... Kənan həmən o işə də bir ".iş" etdi... Jurnalistlər həmin gecədən adamın zövqsüz hesab etdikləri həyat yoldaşı haqda müxtəlif yazılar təqdim etdilər. Cavabında heç bir tənqidi qəbul etməyən bu unikal insan jurnalistləri mümkün olan ən pis söyüşlərlə təhqir etdi. Bu köşənin də məqsədi Kənana bir-iki kəlmə deməkdir. Yaxşı oğlansan, Kənan, amma pafosun yıxacaq səni! İnanmaq istəyirəm ki, sən həmkarın Şahin Zəkizadə ilə vida mərasimində jurnalistləri görüb, yerə yıxılaraq hönkürən oğlan deyilsən! Hərdən ürəkdağlayan çıxışların bir "Kənan MM dramı" deyil. Arada başını qaldır, insanlığa nəzər yetir. Hər işinin ardından "Bu da bəyənilməsə, peşəmi dəyişəcəm" kimi bəyanatların da var. Məncə dəyiş. Ümumilikdə bəyənilmirsən, Kənan! Özünü instgramda cəngavər göstərib, sərhədləri aşana qədər, dərrakəli insan kimi tənqidlərdən nəticə çıxar! Azərbaycan mətbuatı sənin düşüncələrindən daha yüksəkdə dayanıb! Boyundan yuxarı təpik ata bilməyin, ən kiçik jurnalisti belə aşacağın anlamına gəlmir! Bu gün sənəti ilə çoxlarına meydan oxuya biləcək müğənni həyat yoldaşın paparasilərə artıq çəki və zövqsüz geyimi ilə tuş gəlibsə, bu da sənin günahındır! Qadın kişinin əsəridir, unutma! P.S. Sən Elza Seyidcahandan qaynaqlanıb, "tikim" yazmısan, jurnalistlər isə sənə dahilərdən elə sitat gətirərlər ki, rejissorluğa tövbə edərsən! P.P.S. O ki, qaldı "tikiş" məsələsinə, o "maşın"dan biz tərəfdə də az deyil.
PrimeTime.az
Məşhur jurnalist Kənan MM-i BİABIR ETDİ: "Həyat yoldaşın zövqsüz və kökdürsə..."Məşhur jurnalist Kənan MM-i BİABIR ETDİ: "Həyat yoldaşın zövqsüz və kökdürsə..."

Xəbərlər     Baxılıb: 5886   Tarix: 04 oktyabr 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

qaşların formalari aksessuarlar həkim məsləhəti ilk cinsi əlaqə bulkalar ayaqqabi ve cantalar xına bəzəkləri kosmetika baldiza aid haxisda irem derici nizami gəncəvi qizlar faydalı məsləhətlər