Məşhur müğənninin narkotik test nəticələri açıqlandı
Türkiyəli tanınmış müğənni Simge Sağın ilə bağlı aparılan narkotik araşdırmasında yeni detallar üzə çıxıb. Ötən həftə saxlanıldıqdan sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan ifaçının tibbi ekspertiza nəticələri açıqlanıb.
azxeber.com xəbər verir ki, müğənninin vəkili Eda Salman açıqlamasında bildirib ki, aparılan analizlər nəticəsində Simge Sağının narkotik və ya hər hansı stimullaşdırıcı maddə istifadə etmədiyi qəti şəkildə təsdiqlənib. Onun sözlərinə görə, bu nəticə əvvəl verilən açıqlamalarla da üst-üstə düşür və sənətçinin ittihamlarla əlaqəsinin olmadığını göstərir.
İfaçı isə ifadəsində qeyd edib ki, sevgilisi İlkay Şencanın narkotik istifadə etdiyindən xəbəri olmayıb. O bildirib ki, çantasında aşkar edilən maddədən də xəbərsiz olub və özü heç vaxt narkotik istifadə etməyib.
Xatırladaq ki, İstanbul şəhərində keçirilən istintaq çərçivəsində Simge Sağın aprelin 7-də saxlanılmış, ondan qan və saç nümunələri götürüldükdən sonra ifadəsi alınmışdı. Daha sonra məhkəmənin qərarı ilə onun barəsində ölkədən çıxış qadağası tətbiq olunaraq sərbəst buraxılmışdı.









Hakışta
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Bu qidalar beyin damarlarına zərər verə bilər
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun