Məşhur pəhrizlər qaraciyərə necə təsir edir – həkimlərin xəbərdarlığı

Məşhur pəhrizlər qaraciyərə necə təsir edir – həkimlərin xəbərdarlığıBir çox insan pəhrizə keçmək istədikdə yalnız artıq çəkidən qurtulmağı deyil, həm də qaraciyəri "dincəltməyi" və bərpa etməyi ümid edir. Lakin hər bir pəhriz orqanizmin detoksikasiyası və qaraciyər funksiyalarının yaxşılaşdırılması üçün uyğun deyil.
Milli.Az bu mövzu ilə bağlı maraqlı məlumatları sizə təqdim edir:
Qeyd: Aşağıda qeyd olunan bütün pəhrizlər hamilə qadınlar, əmizdirən analar və xroniki xəstəlikləri olan insanlar üçün həkimlə məsləhətləşmədən əvvəl tətbiq olunmamalıdır.
Qarabaşaq monodietası
Mahiyyəti: 5-7 gün ərzində yalnız duzsuz, yağsız, ədviyyatsız qarabaşaq sıyığı yeyilir. Gündə ən az 1 litr təmiz su içilməlidir. Gözlənilən nəticə - gündə 1 kiloqrama qədər çəki itkisi.
Effekti: Bir həftəyə 3-5 kq çəki itkisi mümkündür, lakin bu əsasən sudan ibarətdir, yoxsa yağdan deyil. Qarabaşaq bədənin bütün qida maddəsi ehtiyaclarını qarşılamır, uzunmüddətli istifadəsi vitamin və mineral çatışmazlığına səbəb ola bilər.
Qaraciyərə təsiri: Artıq çəkili insanlarda tez-tez qaraciyər steatozu (yağ yığılması) müşahidə olunur. Qarabaşaq xolin maddəsi ilə zəngindir - bu maddə yağların parçalanmasına kömək edir və qaraciyəri qoruyucu təsirə malikdir. B qrupu vitaminləri hüceyrə mübadiləsini dəstəkləyir. Müntəzəm qidalanma öd axını stimullaşdırır, daş əmələ gəlməsi riskini azaldır. Qısamüddətli kurs qaraciyərin yumşaq dəstəklənməsi üçün faydalı ola bilər.
Dukan pəhrizi
Mahiyyəti: Zülalla zəngin 4 mərhələli pəhriz - zülal "hücumu"ndan başlayaraq karbohidratların azaldıldığı balanslı qidalanmaya qədər.
Effekti: İlk mərhələdə qlikogen və su ehtiyatlarının itirilməsi ilə sürətli çəki itkisi baş verir. Daha sonra ketoz prosesi başlayır - bədən yağ yandırmağa keçir. Bu hal zəiflik, ağızdan aseton qoxusu, qəbizlik və əhval dəyişkənliyi ilə müşayiət oluna bilər. Yağ itkisi realdır, amma nəticəni sabit saxlamaq çətindir.
Qaraciyərə təsiri: Maddələr mübadiləsi pozulmuş və ya qaraciyər yağlanması olan şəxslər üçün bu pəhriz zərərli ola bilər. Zülalın çoxluğu və karbohidrat azlığı qaraciyərə və böyrəklərə əlavə yük verir. Bu pəhrizə başlamazdan əvvəl qaraciyər fermentləri (AST, ALT) analizləri və qaraciyərin USM-i tövsiyə olunur. Pəhrizin fraksiyalı qidalanma və liflə zəngin qidalarla (məs., kəpək) müşayiət olunması vacibdir.
"6 ləçək" pəhrizi
Mahiyyəti: 6 gün ərzində hər gün bir növ monodieta tətbiq olunur - balıq, tərəvəz, toyuq, dənli, kəsmik və meyvə. Bu dəyişiklik həm kalorini azaldır, həm də rasionu maraqlı edir.
Effekti: Sistem yüklənmədən azad günləri xatırladır. Həftədə təxminən 0,5 kq çəki itkisi mümkündür. Müəyyən müddətdən sonra çəki itkisi yavaşlayır (qeyri-rəsmi olaraq "plato" mərhələsi), lakin həzm sisteminə faydası qalır.
Qaraciyərə təsiri: Rasionda kəsmik, balıq və tərəvəzlərin olması qaraciyər üçün faydalıdır. Kəsmikdəki xolin, metionin və kazein lipid mübadiləsini dəstəkləyir. Tərəvəz və meyvələrdən gələn lif bağırsaq fəaliyyətini və öd axınını yaxşılaşdırır. Xüsusilə yağlı balıq günləri (omega-3 turşuları sayəsində) ilthabı azaldır və xolesterin profilini yaxşılaşdırır.
Qaraciyər üçün optimal qidalanma - balanslı, zülallı, faydalı yağlar, lif və minimal şəkərlə zəngin rasion
Qaraciyərin sevimli məhsulları: brokkoli, artişok, ispanaq, balqabaq, limon, çuğundur, zərdəçal, zeytun yağı
Fiziki aktivlik - maddələr mübadiləsini sürətləndirir və öd durğunluğunu azaldır
Su balansı - gündə ən az 1.5-2 litr su
Pəhriz düzgün planlaşdırıldıqda və qısamüddətli olduqda çəki itkisində və qaraciyərin dəstəyində faydalı ola bilər. Amma davamlı nəticə üçün əsas hədəf - sağlam qidalanma vərdişlərinə keçid olmalıdır, yoxsa müvəqqəti qadağalarla nəticə əldə etmək çətindir. /lent.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1882   Tarix: 18 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

donlar 2026 yaz geyimleri 2026 gözəllik məhsulları bagirsaqlari temizlemek ucun toy ucun maraqli ideyalar meslehetler aşıq kosmetika hakışda gözəllik oxatan tut ağacı tutdudu xanım az