Məşhur ticarət mərkəzində GÜCLÜ YANĞIN: 100-dək azərbaycanlıya ziyan dəydi - FOTO

Məşhur ticarət mərkəzində GÜCLÜ YANĞIN: 100-dək azərbaycanlıya ziyan dəydi - FOTOİki gün əvvəl Tiflisdə "Uşaq dünyası" Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində azərbaycanlı sahibkarlar zərər çəkib.

Qadinsayti.az APA-ya istinadən xəbər verir ki, yanğın zamanı Tiflis, Qardabani və Marneulidən olan həmyerlilərimizin malları yanıb.

Araşdırma nəticəsində məlum olub ki, ticarət mərkəzində işləyən azərbaycanlılar, əsasən, qızıl-zinət məmulatları və geyim satışı ilə məşğul olublar. Geyim dükanlarının sahibləri malların böyük hissəsinin tamamilə yandığını bildiriblər. Qızıl satışı ilə məşğul olanlar isə mallar seyflərdə saxlanıldığını üçün nisbətən zərərsiz ötüşüblər.

Tiflisdə yaşayan azərbaycanlı sahibkar Teymur Calalov bildirib ki, yanğın nəticəsində Tiflisdə yaşayan həmyerlilərimizin malları tamamilə yanıb: "Tiflis və ətraf qəsəbələrdən olanların malları yanıb. Onlar zərərlə üzləşib".

"Uşaq dünyası" Ticarət Mərkəzində çalışan Tamaz Bayramov isə bildirib ki, hadisə zamanı 100-dək azərbaycanlı sahibkarın müxtəlif malları yanıb: "Elektrik avadanlığı, kabel və lampa satışı ilə məşğulam. Böyük ziyanla üzləşmişik. Elə obyektlərimiz var idi ki, orada qarışıq mallar satılırdı. İndi hamı hökumətdən kompensasiya tələb edir. Çünki biz hər ay 1000-2000 lari kirayə haqqı verirdik. Ziyanla üzləşən sahibkarlar parlament və Tiflis meriyası binasının qarşısına toplaşıblar. Hər gün Ticarət Mərkəzinin qarşısına toplaşırıq, yekun son nəticəni gözləyirik".

Gürcüstan televiziyasına müsahibə verən mərkəzin direktoru Giorgi Maçavariani yanğının qəsdlə törədildiyini bildirib. Tiflis meri David Narmaniya isə bəyan edib ki, sahibkarlara dəyən ziyanın həcmi yanğının səbəbləri araşdırıldıqdan sonra xüsusi komissiya tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, Tiflisdə yerləşən "Uşaq dünyası" Ticarət Mərkəzində yanğın 9 saat davam edib. Yanğının söndürülməsinə 26 yanğınsöndürmə briqadası cəlb olunub. Hadisə nəticəsində 13 min kv.m ərazi yanıb.

Xəbərlər     Baxılıb: 2292   Tarix: 01 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

turlar.az

gozel gorunmek gelinlikler sac duzumleri şəxsi inkişaf fransiz qadinlari sac düzümləri bürclərin sevgi cədvəli kosmetika kökəlmək üçün kurtlar vadisi banan gozde olar rəksanə