MƏŞHUR VİZAJİST: "Milyon versələr belə erməni ilə..." - MÜSAHİBƏ - FOTOLAR + VİDEO
Özünüz haqqında qısa informasiya verərdiniz zəhmət olmasa...
- Aytac Əlizadə. Naxçıvanın Ordubad rayonunda 1996-ci ildə anadan olmuşam. Ailədə dörd nəfərik. Bir bacım, mən, anam və atam. Elə Ordubad rayonunda da məktəbə gedib orta təhsil almışam. 5-ci sinifdən sonra isə Xanım Qızlar liseyində oxumuşam.
Ali təhsiliniz var?
- Xeyr, orta təhsilliyəm. Amma bununla bağlı planlarım var. İstanbulda Universitetə qəbul oldum. Sadəcə, bəzi səbəblərə görə, gedə bilmədim.
Necə oldu vizajist olmağı seçdiniz?
- Rəssamlıq qabiliyyətim var idi və bu bacarığımdan istifadə etmək bu yolla daha xoş idi. Ona görə də, təlabəatın çoxluğunu nəzərə alaraq, vizajist olmağa üstünlük verdim.
Hazırda Azərbaycanda tanınmış bir çox vizajistlər var. Rəqabət olduqca çoxdur. Necə düşünürsünüz bu sizə çətinlik yaratmırki?
- Xeyr, əsla! Bu elə bir işdir ki, hərə öz əl qabiliyyətini nümayiş etdirir. Nəticəni isə hər kəs görür.
Qiymətlər necə? Bəzi yerlərdə yüksək qiymətlərdir, xanımlar maddi problemləri nəzərə alaraq, daha ucuz yerləri seçirlər.
-Bəli, qiymətlər nisbətən tanınmış salonlarda yüksəkdir. Amma, mən istifadə etdiyim kosmetikalar məşhur və tanınmış firmalarındır. Keyfiyyətsiz kosmetikalardan istifadə edə bilmərəm. Ən azı istifadə etdiklərimin pulunu çıxarmalıyam.
Deyə bilərsiz neçəyə bəzəyirsiniz?
-Bəli, 50 azn və digər qiymətlərdə olur. Nisbi 50 azn-dir.
Yəqin ki, eşitmisiniz bəzi vizajistlər erməni ilə iş birliyi qurur, nələrisə öyrənməyə çalışırlar. Siz necə erməni ilə işləmək, ondan nələrsə öyrənmək istəyərdiniz?
-Əlbəttə ki, yox! Milyon versələr belə erməni ilə iş birliyi qurmaram! Onlardan nə olur , olsun hec bir şey də öyrənmərəm! İşim üçün vacib olsa belə...
Gələcəklə bağlı hansı planlarınız var?
- Gələcəkdə məqsədim şəxsi salon açmaqdır. İşimi daha da böyütmək istəyirəm. Hər gün yeniliklər çıxır onları öz müştərilərimi xüsusi səylə çatdırmaq mənim vəzifə öhdəliyimdir.
Aytac Əlizadənin əl işlərini təqdim edirik:










8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Tərəf müqabili oldular
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?
Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş