Məşhur Zaurdan ŞOK ƏMƏL: Xəstə uşağa kömək adı ilə GÖRÜN NƏ ETDİ - BİABIRÇILIQ

Prodüser Zaur Məmmədov tanınmış müğənnilərin adından istifadə edərək, dələduzluq edib.

Xanim.az qafqazinfo-ya istinadla xəbər verir ki, o, ağır xəstəlikdən əziyyət çəkən 3 yaşlı körpənin müalicəsinə pul toplamaq üçün tanınmışların iştirakı ilə konsert təşkil edəcəyini vəd verərək, Bakı sakini Nuriyyə Quliyevanın pulunu mənimsəyib.

Şikayətçi N.Quliyeva bildirib ki, sosial şəbəkələrdə Fidan Nəzərova adlı xanımın 3 yaşlı övladı Nəzərova Zeynəb Nəsimi qızının aşağı ətraflarının inkişafdan qalması nəticəsində ağır durumda olması və körpənin müalicəsinin yalnız xarici ölkələrdən birində mümkün olması barədə statusunu oxuyub: "Bu statusu oxuyandan sonra çarəsiz durumda olan anaya və ağır xəstəlikdən əziyyət çəkən körpəyə necə kömək edə biləcəyimizlə bağlı müxtəlif variantları götür-qoy etməyə başladıq. Uşağın müalicəsinə kömək etmək üçün tanınmış müğənnilərin iştirakı ilə xeyriyyə konsertinin keçirilməsi variantı üzərində dayandıq".

N.Quliyevanın sözlərinə görə, konserti təşkil etmək üçün əvvəllər bu tipli tədbirlər keçirdiyinə dair paylaşımlarını gördüyü, özünü müğənni İradə Mehrinin prodüsseri kimi təqdim edən Zaur Məmmədovdan kömək istəyib: "Zaur Məmmədov bu sahədə böyük təcrübəsinin olduğunu, bir müddət əvvəl müalicə puluna ehtiyacı olan bir uşaq üçün Azərbaycanın tanınmış müğənnilərinin iştirakı ilə konsert təşkil etdiyini və qısa müddətdə 78 000 manat pul topladığını söylədi. Açığı onun belə deməsi məni sevindirdi və ümidləndirdi. Balaca Zeynəb üçün xeyriyyə konserti təşkil edəcəyimizi uşağın anasına bildirdim. O, bu xəbərə çox sevindi və ümidinin yalnız bu aksiyadan toplanacaq vəsaitə olduğunu söylədi.

Bundan sonra Zaur Məmmədovla xeyriyyə konsertinin təşkili ilə bağlı müzakirələr apardıq. Ölkənin tanınmış müğənniləri və aparıcı televiziya rəhbərləri ilə yaxşı münasibətləri olduğunu, xeyriyyə aksiyasının yüksək səviyyədə keçəcəyini, hətta televiziyada geniş işıqlandırılacağını bildirdi. Zaur Məmmədov xeyriyyə aksiyası üçün avadanlıqların icarəsi adı ilə məndən əvvəlcə 400 manat pul aldı. Bir neçə gündən sonra əlavə 600 manat da istədi.

Dedi ki, daha çox pul yığmaq üçün bu işə könüllülər cəlb olunmalıdır və həmin əlavə vəsait də onlara veriləcək. Bu zaman mən 300 manat verə biləcəyimi bildirdim və ona bu məbləği ödədim. İyulun əvvəlinə qədər ondan heç bir xəbər çıxmadı. Zaur Məmmədovla əlaqə saxlayıb, vəziyyətin necə olduğunu, konsertin nə zaman baş tutacağını xəbər aldım. Çünki uşağın vəziyyəti gündən-günə ağırlaşırdı. O, könüllülər qrupunun artıq 2000 manatdan çox pul yığdığını bildirdi. Mən ona uşağın valideynləri ilə görüşüb yığılan məbləği təhvil verməyi təklif etdikdə, daha çox vəsait üçün bir neçə gün daha gözləmək lazım olduğunu söylədi. Lakin daha sonra onun nömrələrinə zəng çatmadı.

Günlərlə yazdıqlarıma cavab vermirdi. Cavab verəndə də deyirdi ki, xeyriyyə konsertinə hazırlıq görülür, artıq tanınmış müğənnilər Röya, Faiq Ağayev, Aygün Kazımova, Nadir Qafarzadə, Günay İbrahimli, Flora Kərimova, Elariz və başqaları ilə görüşüb, danışıb, konsertdə iştirak etmələrinə razılıqlarını alıb. Dediyinə görə, digər prodüsser Təranə Səmədovanı da bu işə cəlb etmişdi.

Üstündən aylar keçsə də, Zaur Məmmədov xeyriyyə konsertini təşkil etmədi. Gah dedi ki, müğənnilər deyir ki, bir az gözləyin, gah dedi ki, özünün səhhətində problem yaranıb, təcili yardımla xəstəxanaya aparıblar, gah dedi ki, anası rəhmətə gedib. Amma bunların hamısı bəhanə idi. Eşitdiyimə görə, o, başqa adamları da aldadıb. Son aylarda 4-5 dəfə telefon nömrəsini dəyişib. İndi də gizlənir.

Beləliklə, Zaur Məmmədov nə xəstə uşağın müalicəsinə kömək üçün konsert təşkil etdi, nə də aldığı pulu qaytardı".

Dələduzluqda ittiham olunan Zaur Məmmədovla əlaqə saxlamağa cəhd edilsə də, prodüserin istifadə etdiyi 6 telefon nömrəsinin heç birinə zəng çatmayıb.

Bundan əlavə, şikayətdə adı hallanan Təranə Səmədova bu məsələdən xəbərsiz olduğunu, ittiham olunan şəxsin onun adından istifadə etdiyini söyləyib: "Bəlkə də, həmin şəxsi iki il bundan qabaq görmüşəm. Sizin dediyiniz məsələdən, adıçəkilən konsert barədə heç bir məlumatım yoxdur".

Z.Məmmədovun özünü prodüseri kimi təqdim etdiyi İradə Mehrinin də mövqeyini öyrənmək istədik. İfaçının meneceri Yusif Qasımov yanvar ayından etibarən müğənni ilə çalışdığını bildirib: "Zaur bəylə İradə xanımın heç bir əlaqəsi yoxdur. Sözügedən məsələdən bixəbərik".
Məşhur Zaurdan ŞOK ƏMƏL: Xəstə uşağa kömək adı ilə GÖRÜN NƏ ETDİ - BİABIRÇILIQMəşhur Zaurdan ŞOK ƏMƏL: Xəstə uşağa kömək adı ilə GÖRÜN NƏ ETDİ - BİABIRÇILIQ

Xəbərlər     Baxılıb: 4158   Tarix: 19 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

makiyaj etmek qaydalari qadin dunyasi sac duzumleri qəlyanaltı reseptləri artiq cekiden azad olmaq qan qruplari haqqinda melumat haxışta kosmetika novruz bayrami qizliq perdesi oğlaq vidyolar burclər