Mətanət İsgəndərlinin bacısı qızını intim görüntüləri ilə şantaj edən şəxs həbs edildi
Əməkdar artist Mətanət İsgəndərlinin bacısı qızını şantaj edərək 1 000 manat pul tələb edən şəxs həbs edilib.
Bir müddət öncə 26 yaşlı Ağcabədi rayon sakini Səfər Səfərov qadından tələb etdiyi məbləği verməyəcəyi təqdirdə onu intim görüntülərini "Instagram" sosial şəbəkəsində paylaşmaqla təhdid edib.
Araşdırmalar zamanı məlum olub ki, intim görüntüləri müğənninin bacısının qeyri-rəsmi nikahda yaşadığı şəxs bir neçə il əvvəl evə quraşdırdığı gizli kamera vasitəsilə lentə alıb. Daha sonra həmin şəxsin M.İsgəndərlinin bacısı ilə münasibətləri pozulduğundan o, görüntüləri bir neçə şəxsə ötürüb. Həmin şəxslərdən biri də Səfər Səfərov olub. O, əlinə keçən videodan şəkillər hazırlayaraq üzərinə Mətanət İsgəndərli ilə bacısının səs yazısını montaj edib və sosial şəbəkədə paylaşıb.
Qızın şikayətindən sonra həmin şəxs barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. İşə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə S.Səfərov üç il müddətinə azadlıqdan məhrum edilib.
///Qafqazinfo









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?