Mətanətdən qalmaqallı sözlər: "O, oxuyanda televizoru söndürürəm"
Müğənni Mətanət Əsədova səsini və ifa tərzini bəyənmədiyi həmkarlarından danışıb.
Yenicag.az-a açıqlama verən müğənni onları dinləmədiyini bildirib:
"Alim Qasımov kimi sənətkarın yetirməsiyəm, gənc ikən özüm də sənətkar kimi tanınmışam. Özümə hörmət edən xanımam, hər adamın ifasını da nə dinləyib, nə də bəyənirəm. Xoşlamadığım müğənni oxuyanda televizoru söndürürəm. Ümumiyyətlə, elə insanları görmürəm, çünki görüb zövqümü korlamaq istəmirəm".
Bununla belə, sənətçi heç vaxt bəyənmədiyi həmkarının adını çəkib, onu təhqir etmədiyini də bildirib:
"Xasiyyətimdə yoxdur ki, kiminsə qəlbini qırım. Buna görə də adlarını çəkib, xətirlərinə dəymirəm. Çünki Allahdan qorxan adamam. Nəyimə lazımdır kiminləsə qalmaqal yaşayım. Bəzən deyirlər filan müğənni açıq-saçıq geyindi. Əcəb edir, özü bilər. Elə özümə də aiddir bu sözlər".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin