Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
Fransada aparılan və "European Heart Journal"da dərc olunan genişmiqyaslı araşdırma gündəlik istehlak etdiyimiz paketli qidalarda olan bəzi qoruyucu maddələrin ürək və damar sağlamlığı üçün ciddi risk yaratdığını ortaya qoyub. 112 mindən çox insanın iştirak etdiyi araşdırmada hazır qidalarda tez-tez istifadə edilən 17 maddədən 8-nin yüksək təzyiq və ürək-damar xəstəlikləri ilə birbaşa əlaqəli olduğu müəyyən edilib.
Milli.Az xəbər verir ki, araşdırmada aşağıdakı qida əlavələrinin yüksək təzyiq və ürək xəstəlikləri riskini artırdığı vurğulanır:
Potasium sorbat
Potasium metabisülfit
Natrium nitrit
Askorbin turşusu (C vitamini kimi tanınsa da, yüksək miqdarda riskli ola bilər)
Natrium askorbat
Natrium eritrobat
Sitrik turşu
Bibəriyyə ekstraktı
Araşdırmanın qorxuducu nəticələri:
Bu maddələri çox istehlak edənlər daha böyük təhlükə altındadır.
Antioksidan olmayan qoruyucuları çox qəbul edənlərdə yüksək təzyiq riski 29%, antioksidan xüsusiyyətli olanlarda isə 22% artır.
Bu qidaları çox yeyənlərdə ürək-damar xəstəlikləri riski 16% daha çox müşahidə edilir.
Mütəxəssislərin tövsiyəsi: "Təbii qidalanmaya qayıdın"
Mütəxəssislər qida sənayesində istifadə olunan bu maddələrin təhlükəsizlik limitlərinin yenidən qiymətləndirilməsi lazım olduğunu bildirirlər. Sağlamlığını qorumaq istəyənlər üçün əsas çağırış: paketli və hazır qidalardan uzaq durun, işlənməmiş və ya az işlənmiş təbii qidaları seçin. Artıq marketlərdə alış-veriş edərkən etiketləri (tərkibi) daha diqqətli oxumaq vacib bir vərdişə çevrilməlidir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Arzuolunmaz hamiləlik
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
35 yaşlı müğənni xərçəngdən öldü
Okan Buruk haqqında sürpriz sevgi İDDİASI: Onları görün kim tanış edib
Məşhur müğənni toy tarixini açıqladı