"Metroda yoluxduğuma əminəm, bu çox qorxunc xəstəlikdir"- Koronavirusdan sağalan xanım müalicəsini bölüşdü

"Metroda yoluxduğuma əminəm, bu çox qorxunc xəstəlikdir"- Koronavirusdan sağalan xanım müalicəsini bölüşdü35 yaşlı Aygün Ələsgərovada koronavirus infeksiyasına yoluxma ikitərəfli sətəlcəmlə başa çatıb. İki həftə tibbi müəssisədə qalan gənc qadın xəstəliyin necə başlaması və inkişaf etməsi haqqında nedia.Az-a danışıb:
Milli.Az həmin müsahibədən bəzi məqamları təqdim edir.
" Bundan başlayım ki, pandemiyanın ən gur vaxtında çox zəif immunitetim var idi. Məsələ burasındadır ki, yanvar ayından mədə xorası və bağırsaq eroziyasından müalicə alırdım. Nəticədə, bədənim çox zəiflədi, buna görə də, koronavirusa qarşı həssas oldum.
Pandemiya başlayandan özünütəcriddə idim. İki aydan çox işə getmədim. Supermarketə gedəndə respirator taxır və sosial məsafəni saxlayırdım. İzdihamın olmaması üçün mağazaya gecələr gedirdim. Operativ qərargahının tələb və tövsiyələrinə tam riayət edirdim. Ailəmin digər üzvləri də eyni tərzdə hərəkət edirdilər - mən qayınanam və qayınatamla birlikdə yaşayıram.
Metroda yoluxduğumu güman edirəm
Karantin tədbirləri yumşaldıqdan və metro açıldıqdan sonra qulaqlıq almaq üçün şəhərin mərkəzinə - Nizami küçəsinə getdim. Mənə uyğun gəlmədi, ertəsi gün cihazı dəyişdirmək üçün yenidən metro ilə getdim. Maska taxmışdım, spirtdən istifadə edirdim. Ancaq yoluxmağım üçün bu iki gün kifayət elədi.
Metro ilə evə qayıdanda artıq ilk narahatlığı hiss etdim. Maska ilə boğulurdum, isti idi, üzüm tamamilə tərləmişdi, özümü zəif hiss edirdim. Evə gələndən sonra dəhşətli başağrısı başladı. Uzun müddətdir mədəmi müalicə etdiyim üçün hətta bir "sitramon" həbi qəbul etməkdən də qorxurdum. Ağrı çox dözülməz idi. Ağrıdan öləcəyimi düşünürdüm.
Səhər boğazımda xoşagəlməz narahatlıq hiss etdim. Boğazım qıcıqlanırdı, temperaturum yüksəlməyə başladı. Boğazımı soda-duz məhlulu ilə dərhal qarqara etmədiyim üçün çox təəssüf edirəm. Axşam saatlarında halım pisləşdi.
Temperaturum 38 dərəcəyə qalxdı. Düzdür, "parasetamol" qızdırmamı müvəqqəti salmağa kömək etdi. Təcili yardım maşını çağırmalı olduq, o da üç saat sonra gəldi... Artıq gecə yarısı idi. Yaxma götürdülər. Demək olar ki, heç yerə getmədiyim üçün son ana qədər koronavirus olduğuna inana bilmirdim. Düşünürdüm ki, maksimum, yüngülcə soyuqlamışam.
- İki gündən sonra sahə həkimi zəng edib dedi ki, məndə koronavirus müəyyən edilib. Sonra Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloqu zəng etdi. Karantinə getməyə hazırlaşmağım üçün Təcili yardımdan da zəng edib xəbərdarlıq etdilər. Belə də oldu - skafandra bənzər xüsusi müdafiə kostyumunda olan həkimlər gəlib, məni Atletlər kəndinə apardı.
Qaynanama da virus keçmişdi
- İki gün vəziyyətim normal idi. Temperaturumu ölçdülər, yaxşı qidalandırdılar. Qayınanamı da gətirdilər, sonradan onda da koronavirus müəyyən edilmişdi. Qayınatamın test nəticələri isə mənfi çıxdı. Qayınanam özünü yaxşı hiss edirdi, temperaturu qalxmırdı.
İki gün qaldıqdan sonra vəziyyətim pisləşməyə başladı. Qoxubilmə hissim itdi. Özümlə gətirdiyim ətiri qoxuladım və heç nə hiss etmədim. Elə təəssürat yaranmışdı ki, sanki boğazım yanır və daxildən quruyur. Bu quruluq və istiliyi alnıma qədər hiss edirdim. Belə qeyri-adi və heç nəyə bənzəməyən hisslər idi. Quruluq ağzıma keçdi. İştaham küsdü, nə isə yeməyə özümü məcbur edirdim.
Sonra temperaturum kəskin yüksəldi: 39,2 dərəcəyə çatdı. Mənə kalsium-qlükonat və "Ringer" məhlulu olan sistem köçürdülər, həmçinin "C" vitamini inyeksiya edildi, ancaq yaxşılaşma olmadı. Temperatur elə yerindəcə qalırdı. "Parasetamol" qısamüddətli effekt verirdi.
Dördüncü gün, elə bil ki, ölürdüm. Sanki sinəmin və kürəyimin üstündə fil uzanmışdı - ağırlıq, təzyiq və ağrı hiss edirdim. Öskürür və ağır nəfəs alırdım. Ayaqlarım tutulmuşdu, normal gəzə bilmirdim - ayaqyoluna gedərkən dəhlizin ortasında yıxıldım. Qayınanam məni çətinliklə çarpayıya qədər sürüdü. Həkim çağırdılar.
Tibb işçiləri məni xəstəxanaya yerləşdirməyə qərar verdilər, çünki Atletlər kəndində müalicə aparılmırdı: yalnız karantin rejimi idi. Xəstəxanaya aparması üçün Təcili yardım maşınını gözləyirdik.
Bu saatlar mənim həyatımda ən uzun və ən ağrılı zaman idi. "Ayətəl-Kürsi"nin dualarını qoşdum, qayınanam isə fəryad edirdi ki, qız ölür, niyə bu qədər vaxta heç kim gəlmir. Altı saat sonra təcili yardım maşını gəldi və xərəkdə xəstəxanaya aparıldım.
Qəribədir ki, buna qədər mən heç qripə yoluxmamışdım, yalnız uşaqlıqda olmuşdu. Daha sonra həkimlər mənə dedilər ki, qripə nadir yoluxanlar koronavirusu daha ağır keçirir.
Müalicədə nələr edilirdi?
- Mənə sürətli infuziya sistemi etdilər və özümü daha yaxşı hiss edərək, gözlərimi açdım. Hətta axşam yemək yeyə bildim. Gündə üç dəfə növbə dəyişirdi. Hər dəfə növbəsinə yeni başlayan həkim yoxlamaya gəlirdi.
Kompüter tomoqrafiyası edildim, bu zaman ikitərəfli sətəlcəm aşkar olundu. Ağciyərlərimdə virus zədəsinin əlamətlərindən olan "tutqun şüşə" simptomu barədə danışırdılar. Bu, qeyri-spesifik radioloji simptomdur və alveol səviyyəsində ağciyər hüceyrəsində müxtəlif patoloji dəyişiklikləri əks etdirir. Yəni ağciyərlərim sətəlcəmdən tam təsirlənməyib, ancaq ocaqlar var idi.
Gündə üç dəfə inhalyasiya edilirdi. Bundan sonra həmişə yaxşı olurdum. Prosedur bronxlarımı açırdı. Öskürərkən bəlğəm tökülürdü.
Mədəmdəki problemləri nəzərə alaraq, bütün həblər venadaxili inyeksiya ilə əvəzləndi. Beləliklə, öskürək əleyhinə "Mukomusil", antibiotik "Lebel", mədə üçün preparat və multivitamin kompleksi ilə gündə dörd sistem təyin edildi.
Hər gün təzyiqim ölçülürdü. O, qeyri-sabitliyi ilə fərqlənirdi, məsələn, 110/100. Ürəyim ağrıyırdı, nəbzim dəqiqədə 120 dəfə vururdu.
Qanda oksigenin faizini göstərən saturasiya səviyyəsi məndə əvvəlcə 96 faiz göstərirdi (sağlam insanlarda bu göstərici 100 faizdir).
Xəstəxanada qaldığım ilk həftə boyunca hərarətim 38 dərəcə oldu.
Çox qayğıkeş və anlayışlı tibbi heyət barədə qeyd etmək istəyirəm. Daim tərlədiyim üçün sanitarlar xüsusi dezinfeksiyaedici vasitələrdən istifadə edərək, paltarlarımı yuyurdular.
14 gün xəstəxanada, iki gün kənddə və iki gün evdə yatdım. Ümumilikdə, 20 gün xəstə oldum. Analiz orqanizmimdə koronavirusun olmadığını göstərdikdən sonra evə buraxıldım. Xəstəxanada qalmağımın son günlərində keçdiyim rentgen qalıq sətəlcəm əlamətləri göstərdi, ancaq məni ocaqların evdə sorulacağına əmin etdilər.
Allaha şükür olsun ki, reanimasiyaya düşmədim, amma hər gün orada insanların, əsasən də xroniki xəstəlikləri olan yaşlı insanların öldüyünü seyr edirdim. Bu, çox qorxuncdur!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1238   Tarix: 18 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu yerlərdə saxlanılan dərmanlar ZƏHƏRƏ ÇEVRİLİR

Səyahət zamanı dərmanların düzgün saxlamaması onların təsir gücü azalda və sağlamlıq üçün risk yarada bilər. Mütəxəssislər bildirirlər ki, temperatur, rütubət və günəş işığı bəzi preparatların görünüşünə təsir təsir göstərir

.

ÜST-dən növbəti xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal səhiyyə sahəsində son illərdə əldə edilən nailiyyətlərin geriləmə təhlükəsi ilə üzləşdiyini açıqlayıb. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın dərc etdiyi "Düny

.

Qurban əti ilə bağlı vacib xəbərdarlıq: Bu səhvləri etməyin

Qurban bayramı yaxınlaşdıqca qurbanlıq heyvanların seçimi, kəsim prosesi və ətin düzgün saxlanılması ilə bağlı müzakirələr artır. xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, bayram günlərində yol verilən bəzi səhvlə

.

Faydası qabığındadır

Qreypfrut 1650-ci ildə Karib dənizindəki Barbados adasında aşkar edilib. Qanda xolesterinin miqdarını aşağı salan qreypfrutun tərkibində damarların tutulmasının qarşısını alan pektin kimi faydalı maddə var. Yüksək qan təzyiqində

.

Çiyələk bu hallarda ölümcül ola bilər - xəbərdarlıq

Mövsümün ən sevilən yay meyvələrindən biri hesab edilən çiyələk hər kəs üçün təhlükəsiz olmaya bilər. Dietoloqlar xəbərdarlıq edir ki, bəzi insanlarda çiyələk allergik reaksiyalar, nəfəsalma problemləri və hətta qida zəhərlənməsin

.

1.2 milyard insan bu xəstəlikdən əziyyət çəkir

Yer kürəsində təxminən 1.2 milyard insan ruhi xəstəliklərdən əziyyət çəkir. xəbər verir ki, bu barədə "Lancet" nəşri məlumat yayıb. "Son 33 ildə bu rəqəm ikiqat artıb. Narahatlıq pozğunluqları, klinik depressiya

.

Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?

Ürək sağlamlığını qorumaq üçün düzgün qidalanmanın vacibliyi hər zaman vurğulanır. xəbər verir ki, ispaniyalı kardioloq Aurelio Roxasın açıqlamasına görə isə yay aylarında ürək üçün ən faydalı giləmeyvələrdən biri çiyələ

.

Evdəki bu bitkilər baş ağrısına SƏBƏB OLURMUŞ

Bioloq Anna Kravtsova yataq otağında bəzi güllərin saxlanılmasının sağlamlığa mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib. xəbər verir ki, mütəxəssisin sözlərinə görə, xüsusilə güclü qoxuya malik zanbaq və bəzi orkid

.

Dilimlənmiş çörək almamaq üçün 4 əsas SƏBƏB

Dilimlənmiş çörək istifadə üçün çox rahat görünsə də, əslində daha tez bayatlaşa bilər və tərkibində konservantlar və digər əlavə maddələr ola bilər. xəbər verir ki, dilimlənmiş çörək çoxlarına cəlbedici gəlir: doğramağ

turlar.az

qadın geyimi geymler 2026 kosmetoloq saglamliq xiyarın faydaları sonsuzluq və onun müalicəsi ariqlamagin asan yollari kosmetika maska hekaye janri salam fitat geyim