Meymunçiçəyinə daha çox bu şəxslər yoluxur
Tanınmış rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov dünyada yayılan meymunçiçəyi xəstəliyinin homoseksuallar üçün xüsusilə təhlükə daşıdığını qeyd edib.
Publika.az xəbər verir ki, ekspert bu barədə "Komsomolskaya Pravda" radiosuna danışıb.
Mütəxəssisin sözlərinə görə, homoseksuallar risk qrupuna aiddir.
"Bəli, xəstələrin əksəriyyəti homoseksualdır, lakin bu, daha çox texniki infeksiya nöqtəsidir. Meymunçiçəyi xəstəliyi insandan insana hava damcıları ilə, yalnız çox uzun və yaxın (intim) əlaqə ilə keçir", - Myasnikov qeyd edib.
Eyni zamanda həkim bildirib ki, infeksiyanın ötürülməsi baxımından ilkin olaraq qasıq nahiyəsində və ya başda əmələ gələn, sonra isə qol və ayaqlara yayılan qabarcıqlar - xarakterik səpgilər təhlükəlidir.
"Homoseksual təmas ənənəvidən daha travmatikdir, ona görə də vezikülün zədələnməsi və meymunçiçəyi xəstəliyinə tutulma ehtimalı daha yüksəkdir", - Myasnikov əlavə edib.
Mütəxəssisin sözlərinə görə, xəstə ilə bir metr məsafədə üç saatlıq təmasda olduqda virusa yoluxmaq mümkündür.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yod çatışmazlığı təhlükəlidir
Nanə yağı təzyiqi aşağı sala bilər
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu