Mikrobladinq: gözəllik, yoxsa stresdən qurtulma

Mikrobladinq: gözəllik, yoxsa stresdən qurtulmaQadınlar gözəl görünmək, dəyişmək, özünü fərqli hiss etmək üçün müxtəlif üsullara əl atırlar. Kimi plastik-estetik əməliyyatlara üz tutur, kimi saçını kəsdirir, bəziləri də üz cizgilərinə, qaşına-gözünə, dodaqlarına dəyişiklik etmək istəyir. Mütəxəssislər isə hesab edir ki, qadınlar təkcə gözəl görünmək üçün deyil, həm də əsəblərini sakitləşdirmək, depressiyadan qurtulmaq üçün bu üsullara əl atırlar.
Bakı sakini, 35 yaşlı Elnurə Əliyeva da bu prosedura müraciət edib. Onun sözlərinə görə, qaşlarını mikrobladinq etdirməyə ani qərar verib: "Bazar günü səhər qərar verdim, axşam qaşlarıma mikrobladinq etdilər. Mən depressiyada olduğum üçün bu qərarı vermişdim. Nə isə dəyişiklik olmasını istəyirdim. Prosedur zamanı kiçik ağrılar əsəblərimi sakitləşdirirdi. Prosedurdan sonra bir neçə gün güzgüyə baxanda özümə gülməyim gəlirdi. Amma xeyli sakitləşmişəm. Ən azından gülə bilirəm".
Nədir mikrobladinq?
Kosmetoloq Afər İsmayılovanın sözlərinə görə, mikrobladinq 3D qaş effektidir. Bu allergik olmayan, üzdə hər hansı bir problem yaratmayan prosesdurdur. Kosmetoloqun sözlərinə görə, mikrobladinq zamanı istifadə edilən boyalar, orijinal və təbiidir: "Buna qalıcı makiyaj da deyə bilərik. Qalıcı makiyajı tatuajla qarışdırmaq olmaz. Çünki hər iki prosedur zamanı istifadə edilən boyalar da, texnika da fərqlidir".
Kosmetoloqun sözlərinə görə, bu yapon texnikasıdır və 100 faiz təbii qaş görüşünü qoruyur. Yəni, bu əməliyyatdan bir müddət sonra kimsə qaşlara toxunmasa, mikrobladinq olduğunu bilə bilməz.
Mikrobladinq zamanı boya iynə vasitəsilə 45 dərəcə dəri altına yeridilir. Yəni, bu proses səthi olduğu üçün ağrısızdır: "Prosedur zamanı istifadə edilən boyalar zamanla hüceyrələr tərəfindən parçalanır və yox olur. Mikrobladinqin qalma müddəti 8 – 12 aydır. Mikrobladinqin qalma müddəti dərinin tipinə görə dəyişir. Bəzi dərilərdə bu qeyd olunan müddətdə tamamilə getsə də, bəzi dərilərdə kiçik izlər qalır".
A.İsmayılovanın sözlərinə görə, mikrobladinq təxminən 2-3 ildir ki, Azərbaycanda tətbiq edilir. İlk dövrlərdə prosedur baha olduğu müraciət edən az olub, amma sonradan tələb və mikrobladiqn ustaları artıb və qiymət də tədricən düşüb: "İlk dövrlərində mikrobladinqin qiyməti 150-250 manat idi. Fərqli texnika olduğu üçün qadınlar çox maraqlanırdı. Ancaq bacaran usta az olduğu üçün prosedur baha idi. Sonra mikrobladinqi öyrənən ustaların sayı artdı və qiymət ucuzlaşdı. Demək olar ki, indi qadınların 90 faizi tatu deyil, mikrobladinq seçir".
Kosmetoloq bildirir ki, mikrobladinq çox zaman 25 yaşından sonra vurulur. Çünki 25 yaşına qədər bədəndə inkişaf, yenilənmə daha güclü olur. 35 yaşından sonra bədən artıq stabil olaraq qalır və digər plastik və estetik müdaxilələr uzun müddət qalır.
Kosmetoloq həmçinin bildirir ki, qrip və menstruasiya dövründə mikrobladinq edilməsi məsləhət deyil. Prosedurdan öncə qəhvə və isti içkilər qəbul etmək olmaz: "Yaxşı olar ki, mikrobladinq prosesinə getdiyiniz gün qəhvə içməyəsiniz. Prosedurdan 1 saat öncə isti içkilər içməyin. Prosedur iki hissədən ibarətdir. Eskizin çəkilməsi və mikrobladinq. Prosedur 1,5 — 2 saat davam edir. Prosesdən sonra 8 gün qaşlara su vurmaq olmaz. Çay içən zaman belə diqqət etmək lazımdır ki, qaşlara buxar dəyməsin. Həmin müddət ərzində qaşlar "vazelin" yağı ilə silinir. Başqa yağlardan istifadə etmək məsləhət görülmür. 8 gündən sonra qaşda olan yaralar sağalır. 25-30 gün sonra korreksiya edilir və çatışmazlıqlar qaydasına salınır".
İsmayılova qeyd edir ki, mikrobladinq üçün hər yaşda olan xanımlar müraciət edir. Onların dəri tipinə baxdıqdan sonra qərar verilib, mikrobladinq edilir: "Bəzi qadınlar gözəl və fərqli görünmək, bəziləri isə depressiyada olduqları zaman gəlir. Yəni qadınların gəliş səbəbi fərqlidir".
Depressiyaya düşən qadın hər şey edə bilər
Psixoloq Nigar Məmmədovanın sözlərinə görə, bütün fəsillərdə olduğu kimi fəsil dəyişəndə orqanizmdə müəyyən dəyişikliklər baş verir. Bu, payızda özünü daha sərt şəkildə göstərir. Qadın vücudu zərif olduğu üçün payızda qadınlar depressiyaya daha tez düşür: "Depressiyaya düşən qadın hər şey edə bilər. Ağlamaq, özünə qapılmaq, əsəbilik, aqressiya payız depressiyasının əlamətidir. Bəzən depressiyaya düşmüş qadın intihara belə əl ata bilir".
Psixoloq bildirir ki, qadın depressiyaya düşdüyü zaman xarici görkəmində dəyişiklik etməyə qərar verirsə, bu özünü bəyənməməsi ilə əlaqəli deyil. Sadəcə olaraq, qadın həyatına dəyişiklik istəyir, monotonluqdan can qurtarmaq üçün bu addımı atır: "Proses zamanı ağrıdan həzz alma həmin şəxsin içində özünə qarşı olan hirsin kənara atılması kimi izah edilə bilər. Ola bilər ki, həmin qadın hansısa addımından narazıdır və bu ağrı ilə ruhunu sakitləşdirir".
Məmmədova iddia edir ki, qadın psixologiyası mürəkkəbdir. Buna görə də külək, yağış, qar, günəş qadınlara müxtəlif formalarda təsir göstərə bilir: "Məsələn, günəşli gün əhval-ruhiyyəni yaxşılaşdırır, xoşbəxtlik hissi verir. Yağış bədbinlik və tənhalıq hissi gətirir. Buna görə də, qadın psixologiyasını təbiətə bənzətmək olar". /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 4015   Tarix: 05 avqust 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

turlar.az

qadin sayti makiyaj instagram geymler 2026 yay kombinleri 2026 kisi ve qadin intim munasibetleri nergiz pasayeva səfər duası kosmetika maya maskasi oğlan evine aid hakisda uzeyir novruz bayramına aid bakışta cinsi