Millət vəkilinə Floradan cavab: "Sən nə qırırsan görəsən?"

Millət vəkilinə Floradan cavab: "Sən nə qırırsan görəsən?"Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın Milli Məclisin son iclasında Qarabağ problemi ilə bağlı etdiyi çıxışa xalq artisti Flora Kərimova tərəfindən sərt reaksiya verilib. Bununla bağlı açıqlamasını "Qafqazinfo"ya təqdim edən F. Kərimova həmkarının ünvanına bir sıra ittihamlar səsləndirib. Onun açıqlamasını olduğu kimi təqdim edirik:

"On gün öncə Ermənistan-Azərbaycan Sülh Platforması qoşulmasını aləmə car çəkən Zeynəb, ATƏT Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayan Zeynəb, bu fəaliyyəti dəstəkləyərək erməni və Azərbaycan xalqlarının birgə yaşayışa əlaqədar ümumi ənənələrinə istinad edən Zeynəb, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərinin yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edən Zeynəb, xalqların sülh şəraitində birgə yaşayışını və uzun müddətdir davam edən münaqişənin həllini dəstəkləyən Zeynəb bu gün "Mən niyə ATƏT-ə qulaq asmalıyam?" soruşur!!!

Ömrü boyu sülh tərəfdarı olmusan dediyinə görə və 30 ildir ki, Milli Məclisdəsən. İndimi başa duşdün nə qədər şəhid verdiyimizi?

30 ilmi gərək idi ki, sən bunu anlayasan? Bu illərdə Sumqayıt hadisələri oldu, "20 Yanvar" oldu, Qarakənd Faciəsi törədildi, Xocavənd, Şuşa, Laçın, Kəlbəcər,Xocalı, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan alındı, Milli Məcilisdə dəfələrlə üsyaninin şahidi olduğun Çingizimizi (Çingiz Mustafayev) öldürdülər, qumbara ilə özünü partladan QARATEL cəsədini də düşmənə təslim eləmədi, Ağdərəni geri qaytardıq bir həmləmizlə, sonra atəşkəsə məcbur etdilər, buna baxmayaraq hər gün cəbhədən şəhid gəlirdi və indi də davam edir. MÜBARİZ oğlumuzun ağlasığmaz şücaəti ilə qürrələndik. 2016-ci ilin Aprel döyüşləri oldu və yenədə ATƏŞKƏS ...

Və bu hadisələrin gedişatında sən hələ də deputat idin!

O zaman da sənə elə sənin sözünlə desək "çatmırdı" ki, QARABAĞ var, qarabağlı var, şəhidlərimiz var, qaçqınlarımız var, ağlayan ana-bacılarımız var, atalar var?! İndiyə kimi əsirlikdə yaşayan qadınlarımız var!!!

Milli Məclisin gündəminə çıxarılmasaydı "Xocalı", 10 gün öncə Xalq artisti adını daşıdığın düşmənlərimizlə "sülhə" çağırıb sonra millətin nifrətindən qorxub "Qarabağın alınmalıdır" demək üçün 30 ildə bu ilk fürsət idimi əlinə düşən?

30 il gözlədin ki, sülhə səsləyəsən, 10 gün sonra müharibəyə???

30 ildə 20 Yanvardan sonra "bir il oxumayacam (???)" deyib, bir il sonra Azərbaycan suverenliyinin əleyhinə səs verdin "deputat-müğənni" (1991-ci ildə) tarixi bir vərəqlə!!! Və bu 30 illərdə Ermənistanın Xalq artisti adından bərk-bərk yapışıb, nala-mıxa vurmaqla "sülh tərəfdarı" olmaqmı olar?

Zeynəb: "müharibə edək, qoy onlar da qırılsın, biz də…" deyirsən. Sən nə qırırsan görəsən? tarlada çəyirtkə, yoxsa inkubatorda cücələri? Erməninin balası qırılsın, qırılmalıdır da, bəs mənim oğlum, millətimin oğulları? İndiyə kimi şəhid olanlar sənin üçün elə "qırılanlardır"?

Vətənim üçün əsgərliyinin birinci günü vurulan əsgəri, əsir düşüb ölənə kimi zorlanılan qızı, ana bətnində doğulmadan öldürülən, bu vətənin bir gün işiğını görməyən körpəsi bu 30 ildə heç vicdanını sızlatmadı???!!!

Bunlardan sonra "dünyanın xoşbəxti mənəm!" oxuyanda bu 30 ildə baş verən hadisələrin biridəmi yadına düşmədi?

Yaddaşsız yaşamaq çətin deyilmi?".

Xəbərlər     Baxılıb: 4455   Tarix: 25 fevral 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

turlar.az

kosmetika mehsullari yay geyimləri 2026 yemek reseptleri fikrət əmirov qohum evlilik əkizlər bürcü süni mayalanma kosmetika masturbasiya nedir novruz bayramina aid hakistalar rəksanə həmidə qızlıq pərdəsi