Milli parkda yanğın
Yanvarın 12-də saat 20 radələrində Lənkəran rayonu Biləsər İcra nümayəndəliyinin Alazəpin kəndi ilə Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 31 saylı dolayının 37-ci kvartalının sərhəd ərazilərində ucqar sahədə yanğın hadisəsi baş verib.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, yanğın baş verən əraziyə dərhal Nazirliyin əməkdaşları və kənd sakinləri cəlb olunub, qısa müddət ərzində yanğın tam lokallaşdırılaraq söndürülüb.
Naməlum səbəblərdən baş verən yanğın nəticəsində tökülmüş quru xəzəl və çürüməkdə olan oduncaq qalıqları yanıb, yanğının ağaclara keçməsinin qarşısı alınıb.
Hazırda yanğın baş vermiş əraziyə Milli Parkın əməkdaşlarından təşkil edilmiş operativ qrup nəzarət edir.









Məzarı açıb ölən modelin başını oğurladılar
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Rihanna müəlliminə ev aldı
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?
Madonna xalqdan kömək istəyir
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Böyük sağlamlıq faydaları VAR
Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI
Anam yaşındasan, ayıb olsun' - FOTO
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama
Azərbaycanda daha bir məşhur veriliş bağlandı