Milli Qəhrəman Çingizin 40 mərasimi keçirilir - FOTOLAR
Müdafiə naziri Zakir Həsənov Qusar Şəhidlər Xiyabanında qəhrəmanın məzarını ziyarət edib.
Xanim.az xəbər verir ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun doğulduğu Qusar rayonunda 40 mərasimi keçirilir. Qusar şəhərinin Şəhidlər Xiyabanında dəfn olunan qəhrəmanı ziyarət edənlər sırasında Müdafiə naziri Zakir Həsənov da var.
Ç. Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Onun nəşi Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.
Ç. Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub. Çingiz Salman oğlu Qurbanova (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Dövlət başçısı şəhidin ailə üzvlərini də qəbul edib və mükafatı onlara şəxsən təqdim edib. Ç. Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə verilib.















Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
İmperator'un dövlətə bağışladığı mülklər - SİYAHI
Corcina uşaqların 220 min avroluq müalicə pulunu ödədi - Aksiyanı dayandırdı
Ürəyim bütün zəvvarlar kimi orada qaldı' - Aparıcı Məkkə ziyarətindən yazdı
Avroviziya' iştirakçısı oğlundan imtina etdi
Yumurta alarkən mütləq koduna baxın - FOTO
Eşref Rüya' final edir - Tarix bilindi
Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma
Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma
Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB
Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir