Min bir dərdin dərmanı olan xurmanın faydaları

Min bir dərdin dərmanı olan xurmanın faydalarıQədim zamanlardan xurma müalicəvi xüsusiyyətləri ilə tanınırdı. Xurma insana güc, dözümlülük gətirir. Xurma ürək, böyrək, qaraciyəri möhkəmləndirir, bağırsaqda faydalı bakteriyaların inkişafına yardımçı olur, orqanizmi infeksiyalara qarşı dayanıqlı edir. Xurma, həmçinin anemiya, hipertoniya, döş və ağciyər, öskürəyə faydalıdır. Xurma qadınlara hamiləlik, doğuş və uşaq əmizdirmə zamanı xüsusilə faydalıdır. Xurma doğuşu asanlaşdırır, orqanizmin süd hasil etməsinə yardımçı olur.
Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumdur ki, orucun su və xurma ilə açılması Ramazan qaydalarından biridir. Mütəxəssislər xurmanın tərkibinin şəkər, fibrin zülalı, karbohidrat, dəmir və maqneziumdan ibarət olduğunu bildirirlər. Quru xurmada isə şəkərin miqdarı 75-80% təşkil edir. Xurma bağırsaqların normal fəaliyyətinə kömək edir. Tərkibində dəmir olduğu üçün anemiya xəstələrinə daha çox məsləhət görülür. Ancaq həddindən artıq istifadə edildikdə qanda şəkərin sürətlə artmasına səbəb olur. İftar zamanı bir-iki ədəd xurma yemək daha münasibdir.
Hazırda ərəblər xurmadan kompot, kisel, müxtəlif qənnadı məmulatları hazırlayırlar. Xurmanı una çevirmək və ondan bal, turşudub dadlı içki də almaq olar.
Xurma pəhrizi
Xurma pəhrizi bu gün çox populyardır. Onun kim tərəfindən düşünüldüyünü demək çətindir. Amma faktdır ki, xurma həkimlər tərəfindən hamıya məsləhət görülür: diabet xəstələrinə, hamilə qadınlara, uşaqlara. Bu qrup insanlara adi şirniyyatları yemək məsləhət deyil. Pəhriz 10 gün ərzində saxlanılır. İlk dörd gün ancaq xurma yeyilməlidir. Beşinci gündən etibarən son 10-cu günə qədər qida rasionuna əlavə meyvələr - alma, armud, portağal (şirin olmayanı və sulularını seçin) daxil edilə bilər. Maye olaraq mineral su, səhərlər çay, acı qəhvə və yaşıl çay içilməlidir. 10 gündən sonra normal qidalanmaya qayıtmaq olar, amma həddindən artıq yeməmək şərtilə. Yeddi gündən sonra isə pəhrizi təkrar saxlamaq olar.
Pəhriz xurma yeməyə heç bir məhdudiyyət qoymur. Amma çox yemək də məsləhət deyil. Xurmanın elə spesifik dadı var ki, pəhrizin ilk vaxtlarında ən sevimli şirniyyatınız olan xurma pəhrizin sonlarına doğru belə olmaya bilər.
Pəhrizin effektivliyi
Quru xurmada 70 faiz şəkər vardır ki, bu da istənilən meyvə ilə müqayisədə çoxdur. Belə bir sual yarana bilər ki, bu faizdə şirin olan meyvə insanı necə arıqlada bilər. Cavab sadədir: xurmanın həddindən artıq şirin olmasına səbəb tərkibindəki beyin işi üçün önəmli olan fruktoza və qlükozadır. Bunlar təbii şəkər olduğundan, saxaroza (süni əldə olunan şəkər) ilə müqayisədə daha faydalıdır. Xurma çox kalorili meyvədir: 100 qram quru xurmada 280 kalori var ki, bu da pəhriz ərzağı üçün çoxdur. Həmçinin 100 qram xurmada 70 qram karbohidrat var. Karbohidrat beyni qlükoza ilə təmin edir və adi pəhrizlərdə olan başağrısının qarşısını alır. Bundan başqa, xurmada heç zülal olmadığından, pəhriz əzələ toxuması və əlavə mayedən azad olmaq üçün aşağı effektivlidir. Pəhrizin əsas üstünlüyü xurmanın tez həzm olunmasıdır. Onlar orqanizmi zəifləmədən qoruyaraq enerji ilə təmin edir və piyə çevrilmədən tez həzm olunur.
Xurmanın inanılmaz faydaları
Quru xurma yapışqan səthə malik olduğundan üzərinə bakteriyalar hopur. Ona görə xurmanı uzun müddət açıq havada saxlamaq olmaz, yeməmişdən öncə də yuyun.
Bundan başqa, xurmanın tərkibində xolesterin olmadığına görə əla pəhriz meyvəsi hesab edilir.
Xurmanın tərkibindəki fosfor, beynin ehtiyaclarını qarşılayır. Yorğunluğa faydalıdır.
Xurmanın əsəb sinir sistemini rahatladan bir xüsusiyyəti də var.
Onun tərkibində B1 və B2 vitaminləri vardır ki, bunlar da zehni və sinir sistemini rahatladıcı xüsusiyyəti ilə diqqət çəkir.
Xurma damarları yumşaldır və sərtliyin qarşısını alır. Qanı təmizləyir və təzyiqi tənzimləyir.
Qəhvə və yağ qandakı xolestrolu yüksəldir. Ərəblər bol miqdarda qəhvə istifadə etsələr də, araşdırmalarda ərəblərdə xolesterolun olmadığı qeydə alınmışdır. Səbəbi isə ərəblərin qəhvə və digər yeməklərin yanında mütləq xurma istifadə etməsi ilə izah olunur.
Xurma böyrəklərin yuyulmasına yardım edərək böyrəyin fəaliyyətinə kömək edir. Xurmanın suyu böyrək daşlarının parçalanmasına kömək edir. Altı-yeddi xurmanı parçalanaraq bir stəkan suya qoyulur və bir neçə saat sonra süzülüb isidilərək gündə iki dəfə içilərsə, 15 gündə böyrək daşını əridər.
Tərkibində A vitamini olan xurma gözləri qüvvətləndirir. Bəzi qaynaqlarda xurmanın gecə korluğu və digər göz zəifliklərinə faydalı olduğu yazılır. Göz sinirlərinə qüvvətləndirici təsiri vardır.
Qocalıqda əmələ gələn qulaq uğultusu, eşitmə zəifliyi kimi xəstəliklərə faydalıdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1115   Tarix: 06 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

adlarin menasi qadin sayti geyim və ayaqqabılar kişi sağlamlığı emulqatorlar cins 2026 geyim seçimi kosmetika kokelmek sperma burclerin uygunlugu vicdan novruza aid