Mina ilk dəfə boşanmasından danışdı: 'Məni evə bağlayırdı, telefonu alıb gedirdi' - VİDEO

Mina ilk dəfə boşanmasından danışdı: 'Məni evə bağlayırdı, telefonu alıb gedirdi' - VİDEOMüğənni Mina Hüseyn boşanması ilə bağlı ilk dəfə açıqlama verib.
azxeber.com xəbər verir ki, ilk dəfə bu haqda "MTV magazin"ə danışan sənətçi bir oyunun içində düşdüyünü və  iş adamı əri Sərxan Həsənovun onu aldatdığını bildirib. İfaçı öz istəyi ilə boşanmağa qərar verdiyini açıqlayıb. 
"Ailəmin dağılmasını istəmirdim, ana olmaq istəyirdim. Boşanma qərarını özüm verdim. Çünki yola getmirdik, xasiyyətlərimiz uyğun gəlmirdi. Məni evə bağlayırdı, bəzi vaxtlarda telefonu alıb gedirdi, qapını kilidləyirdi ki, çıxma. Qohumlarımla görüşməyə də icazə vermirdi. Etiraz edirdim, onu gözləyirdim ki, gəlsin telefonu götürüb anamla danışım. Nikah günümüzdə dedi ki, instaqramı bağlayıb, sənətdən uzaqlaşacaqsan. Mən də həmişə deyirdim ki, sənətdən gedərəm, amma həyat yoldaşım bunun müqabilində dəstək olsun. Hər qadın istəyər, onun həyat yoldaşının maşını, evi olsun ki, uşağı orada qeydiyyatdan keçirsin.
Mənə dedi ki, üç evim var, sənin heç nəyə ehtiyacın olmayacaq, hər şeyi təmin edəcəm, amma sənəti atacaqsan. Mən də razılaşdım, hər qadın kimi yaxşı olmağını istəyirdim. Sonra gördüm ki, bu insan məni aydan-aya aldadır. Biz üç ay kirayə qaldıq. Deyirdim, instaqramımı açaq, işimlə məşğul olum, sən nəzarət et. Hara istəsən, gedək-gələk. Mən yalansız, sağlam ailə qurmaq istəyirdim. Səhv anlamasınlar, var-dövlət hayında deyiləm.
O insan məni aldatdı, sonda da dedi ki, hər şeyi yalan demişəm. Nə evim var, nə də sənə baxacaq pulum. Söylədi ki, vətəndaşlıqdan çıx, gedək Fransada yaşayaq, orada taksi sürüm, baxdım ki, mən oyunun içinə düşmüşəm. Özümü qurtara bilmirəm".
Ətraflı videoda:

Şou Biznes     Baxılıb: 1560   Tarix: 15 oktyabr 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

.

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

.

"Qızım babası kimi siyasətçi olacaq

Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, Aliyə atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı görüntünü izləyiciləri ilə bölüşərə

.

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

.

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

.

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

turlar.az

toy gecesi yay geyimləri 2026 qaşların formalari əməliyyatlar eroziya xesteliyi xınayaxdı sözləri evlilik kosmetika novruz bayrami hakisda tut ağacı tutdudu cinsi öpüşme seksi