Miqren tutmalarını artıran amillər: Qidalar, yuxu, çəki...

Miqren tutmalarını artıran amillər: Qidalar, yuxu, çəki...Pandemiya dövründə miqren tutmalarının sayı artıb. 
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Türkiyədən olan nevrologiya uzmanı Halide Rengin Bilgen açıqlayıb. Onun sözlərinə görə, karantin dövründə evdə uzun zaman qalma, eləcə də koronavirusa yoluxma qorxusu miqren tutmalarının artmasıan səbəb olur. Həkim vurğulayıb ki, uzun zaman davam edən stress, depressiya, nizamsız yuxu, eləcə də pis qidalanma miqrenə təsir edir. Onun sözlərinə görə, miqren tutmaları artıdığından həkimə müraciətlər də çoxalıb. Həkim deyib ki, miqren ağrıları, ələlxüsus da onun tez-tez baş verməsi həyat tərzinə, eləcə də iş və təhsilin keyfiyyətinə mənfi təsir edir. O, miqren ağrılarından əziyyət çəkənlərin cəmi 5 faizinin müalicə üçün həkimə müraciət etdiklərini bildirib.
Həkim deyib ki, miqren tutmaları yuxu rejimi ilə sıx bağlıdır, ona görə də bu problemi olanlar yuxu rejimlərini heç vaxt dəyişməməlidirlər. Yuxu azlığı, eləcə də yuxu saatlarında olan dəyişiklik, hətta çox yatmaq miqren tutmalarını artıra bilər.
Qidalanmanın miqrenə təsiri barədə danışan mütəxəssis miqren tutmalarına təkan verən qidaları açıqlayıb. Onun sözlərinə görə, işlənmiş qidalar, məsələn, kolbasalar, sosiskalar, şokolad, həddən artıq kofein istifadəsi, bəzi alkoqollu içkilər, qızartma yeməklər, bir sıra pendirlər miqren tutmalarına təsir edir. Eyni zamanda aspartam kimi qidalara dad verən məhsullar, tərkibində tiramin, monosodium glutamat maddələri olan qidalar, damarlarda daralma və genişlənməni aktiv edərək miqren tutmalarının ortaya çıxmasına səbəb olur.
Həkim vurğulayıb ki, çəkinin artması da miqrenə təsir edir və bu, bir sıra araşdırmalarla sübut olunub. Piylənmədən əziyyət çəkənlərdə miqrenin xroniki formaya (yəni ayda 15 və daha çox tutmanın olması) keçmə riski 5 dəfə artıqdır. Həmçinin insulin rezistentliyi olan xəstələrdə miqren tutmaları sıxlığı və şiddətinin artdığı bildirilir.
Eləcə də hərəkətsiz həyat tərzi də miqrenə təsir edir. Miqren xəstələri dərman müalicəsi ilə yanaşı açıq havada gəzməli, idman hərəkətləri etməlidirlər. Nevroloq bildirib ki, pandemiya, karantin dövründə bütün bunlar olunmadığına görə, miqren tutmalarının artmasına səbəb olur.  Ona görə də mütəxəssis sosial məsafəni qorumaq, maska taxmaq kimi qaydalara əməl etməklə açıq havada piyada gəzməyi, aktiv həyat tərzi keçirməyi tövsiyə edib.
Həmçinin miqren xəstələrinin işığa həssas olduqlarını xatırladan həkim qeyd edib ki, parlaq ışıqlar, eləcə də Günəş işığı miqren tutmalarını artırır. Ona görə də Günəş şüllarının dik düşdüyü saatlarda gəzməmək, gəzərkən gün eynəyi taxmaq, şlyapa, papaq geyinmək tövsiyə olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1641   Tarix: 05 sentyabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

turlar.az

toy makiyajlari sade makiyaj sekilleri qadın geyimi pehriz salatlar buxaq maskalar saç üçün dermanlar kosmetika atalar sozu kondom həsən bəy zərdabi hakista novruza aid hakista