Mirkamilin aldatdığı qız efirə gəldi - video
ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı müğənni Mirkamil Kamilov olub.
Axşam.az-ın məlumatına görə, heç bir qızı aldatmadığını deyən müğənninin sözünə etiraz olaraq efirə gələn gənc xanım maraqlı açıqlamalar verib:
"Mirkamili çox yaxşı tanıyıram. Efirdə izlədim. O dedi ki, mən həyatımda heç bir qızı aldatmamışam. Bu sözlər mənə çox toxundu. O məşhur müğənni ola bilər, insani kefiyyətləri bəs necə?! Şəkillərimiz var idi, amma biz ayrılandan sonra mən bütün şəkilləri telefondan sildim. Mənimlə sevgili olan vaxtlar mənə nə vədlər, sözlər verirdi. Yəqin onun qız fanatları çox olub, ona görə də mən yadında qalmamışam".
Daha sonra müğənni gənc xanıma üzünü tutaraq bu sözləri deyib:
"Xanım mən sizi tanımıram, salam aleyküm. Birinci dəfədir ki, sizi görürürəm. İncəsənət universitetini bitirmisiniz xanım, yoxsa?! Maşallah olsun istedadlı birisiz. Mən bu xanımı ilk dəfədir ki, burda görürəm. Əsəbi adamam, həqiqi deyirəm".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin