Mobil telefonlar koronavirus "yuvası" ola bilər

Mobil telefonlar koronavirus "yuvası" ola bilərGün ərzində əlimizdən düşməyən cib telefonları, koronavirus infeksiyasının mənbələri siyahısına başçılıq edə bilər.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Britaniyanin Sautempton Universitetinin professoru Vilyam Kivil belə bir açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, əlləri istənilən qədər qorusaq, təmiz saxlasaq da, smartfonun ekranına bircə dəfə toxunub əlləri gözlərə, buruna, ağıza toxundurmaqla infeksiya riski yaratmış oluruq.
Xəstə insanlar ətrafda öskürəndə və ya asqıranda viruslar, eləcə də COVID-2019 hissəcikləri olan tüpürcək damcıları müxtəlif səthlərə düşür. Qapı dəstəyi, lift düymələrinə toxunan zaman heç şübhəsiz bir virus hissəciyi tuturuq. Sonra əllərimizi yusaq, dezinfeksiya etsək belə, yenidən cib telefonumuza əl vururuq.
Qeyd olunub ki, koronavirusun telefonlar üzərində nə qədər yaşaya biləcəyi əslində açıq bir sualdır. Amma istənilən virusdan qorunmaq üçün telefonları da tez-tez silmək lazımdır. Bunun üçün alkoqollu salfetlər və gellərdən istifadə etmək ən etibarlı yoldur.
Məlumata görə, əşyaları antiseptik xlorheksidin məhlulu ilə silmək də olar. Bu bir qədər zəif tərkib sayılsa da, bakteriyaları öldürə bilir. Amma onun koronavirusa qarşı effektivliyinə dair heç bir sübut yoxdur. Telfonları silmək üçün ən azı adi nəm salfetdən istifadə etmək olar.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ-da yeni növ koronavirusun hansı səthlərdə daha uzun ömür sürdüyü araşdırılıb.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Robert Redfild virusun hansı səthdə daha uzun zaman yaşadığını açıqlayıb. Alimlər bununla bağlı fərqli səthləri öyrəniblər, məlum olub ki, polad və mis üzərində koronavirus təxminən iki saat, kağız və plastik kütlələrdə isə daha uzun zaman həyat sürür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1871   Tarix: 21 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

makiyaj etmek qaydalari qadın geyimi qadin sayti nagillar faydalı qidalar zirinc faydalari qadın orqanizmi kosmetika vətən həsrəti bürcler sanama sağlamlığın sirleri vusale elizade