Mobil telefonu yataq otağında saxlamayın

Mobil telefonu yataq otağında saxlamayınMobil telefonlar həyatımızın ayrılmaz aksesuarına çevrilsə də, mütəxəssislər onunla ehtiyatlı davranmağa çağırırlar. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, mobil telefonlar insan orqanizmini müəyyən dozada şüalandırır və əksər vaxtlar bunun fəsadları özünü göstərir. Ümumiyyətlə, radiasiya ionlaşdırıcı və ionlaşmayan növlərə bölünür. Onlardan ən təhlükəlisi rentgen, ultrabənövşəyi və qamma şüalarıdır. Cihazı ələ götürən kimi orqanizm radiasiyaya məruz qalır, eyni zamanda gözlər və yaddaş tədricən zəifləyir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevti Solmaz Musayeva deyib: "Televizor və telefona çox baxanlarda uzağı zəif görmə əmələ gəlir. Mobil telefon və planşetlərin əks təsiri illər keçəndən sonra özünü göstərir. Boyun və baş ağrıları, bel və onurğa əyrilikləri əmələ gəlir".
Yuxuya gedərkən əllərində telefon olanlar üçqat şüalanmaya məruz qalırlar. Həkim-terapevt onu da qeyd edib ki, mobil telefondan mümkün olduğu qədər uzaqda durmaq lazımdır: "Xüsusilə yuxuya gedərkən telefon yataq otağından uzaq saxlanılmalıdır, çünki radiasiya beyinə çox mənfi təsir edir, həmçinin onun təsiri özünü yuxu pozuntuları, yorğunluq və halsızlıq şəklində də büruzə verir".
Son 20 ildə müxtəlif ölkələrdə tədqiqatçılar həmin problemlə əlaqədar 29 mindən çox elmi nəşr buraxıb, 1300 təcrübə, 300 epidemioloji tədqiqat aparıblar. Nəticədə məlum olub ki, smartfon ilk baxışda hiss olunmayan, lakin uzun müddətli narahatlıqlar yaradan digər mənfi təsirlərlə zərər verə bilər. Yatarkən ekrandan çıxan mavi işıq dalğaları bədəndəki melotonin istehsalını azaldır. Melotonin isə bioloji hormondur və bir növ axşam yuxusunun xəbərvericisidir. Ekrandakı işıq isə beyinə ötürdüyü siqnallar vasitəsilə yuxu hormonunun miqdarını azaldır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1488   Tarix: 20 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar stresi azaldır

Gündəlik həyatın gərginliyi ilə mübarizə aparmaq üçün düzgün qidalanma da mühüm rol oynayır. axşam.az-a istinadən bildirir ki, orqanizmin kifayət qədər vitamin və mineral alması stressin təsirlərini azaltmağa kömək edə bilər

.

Ən faydalı üzüm növü

Rusiyalı diyetoloq Sofiya Kovanova üzüm seçərkən nələrə diqqət edilməli olduğunu izah edib. -a istinadən xəbər verir ki, bu barədə o, AİF.ru nəşrinə müsahibəsində danışıb. Mütəxəssis qeyd edib ki, tünd rəngdə olan üzüm sortlar

.

"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin

Son illərdə dəri baxımı dünyasında jojoba yağının möcüzəvi təsirləri geniş müzakirə olunur. Jojoba bitkisinin tərkibindəki maye mum efirləri insan sebumu (dərimizin təbii yağı) ilə 97% uyğunluq təşkil edir. Dəri baryerin

.

Kosmetik məhsulları seçərkən nəyə diqqət etməliyik?

"Kosmetik məhsulların düzgün seçilməsi və istifadəsi insanların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd

.

Gecələr niyə tərləyirik? - 5 əsas səbəb

Gecələr tərləmə bir çox insanın qarşılaşdığı narahatedici hallardan biridir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu vəziyyət bəzən sadə səbəblərlə əlaqəli olsa da, bəzi hallarda sağlamlıq problemlərinin əlamət

.

Çılpaq yatmağın faydaları

Keyfiyyətli və dərin yuxu sağlamlığın, yüksək enerjinin və yaxşı əhval-ruhiyyənin əsas şərtlərindən biridir. Mütəxəssislər bildirirlər ki, gecə istirahətinin keyfiyyətinə təsir edən amillərdən biri də yatarkən geyim seçimidir

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Alimlər uşaqlarda boy artımının ləngiməsinin gizli səbəbini aşkar ediblər

Uşaqlarda boy artımının ləngiməsi təkcə qeyri-kafi qidalanma ilə bağlı olmaya bilər. ABŞ-li alimlərin yeni araşdırması göstərib ki, bağırsaq mikrobiomundakı bəzi bakteriyalar hələ ana bətnində olarkən körpənin inkişafın

.

Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər

Bəzən yorğunluq normal haldır, lakin hər gün davam edən halsızlıq orqanizmdə müəyyən problemlərin əlaməti ola bilər. xəbər verir ki, davamlı yorğunluğun səbəbləri arasında qan azlığı, qalxanabənzər vəz xəstəlikləri, şəkərl

turlar.az

yemek reseptleri kosmetoloq toy gecesi 2026 qadın ayaqqabı modelləri ana haqqinda atalar sozleri kələm salatı kesmikli banan kosmetika baldıza aid hakışta kahfe falı tut ağacı tutdudu yumurta bürcler