Modelin ölümü ilə bağlı ŞOK XƏBƏR! İlhamə Quliyevanın oğlu da ...

Modelin ölümü ilə bağlı ŞOK XƏBƏR! İlhamə Quliyevanın oğlu da ...Modelin deputat Elmira Axundovanın oğlu Həbib Axundova məxsus yaxta ilə dənizdə gəzintiyə çıxması, suda batması, hadisə vaxtı yaxta sahibinin da orada olması faktını Fövqəladə Hallar Nazirliyi təsdiqlədikdən sonra daha bir detal üzə çıxıb.

Azeuronews.com–a verilən məlumata görə, G.Mirzəyeva suya düşərkən yaxtada daha 4 nəfər olub. Onlardan ikisinin qız, ikisinin oğlan olduğu bildirilir.

Qızların kimliyi müəyyən edilməsə də, oğlanların Orxan Nadirov və Eynar adlı şəxslər olduğu iddia edilir. Ancaq yaxtada olan 6 nəfərdən yalnız Günel suda bataraq həlak olub.

O.Nadirov və Eynarın H.Axundovun dostları olduğu deyilir. Onların Günelin Lənkəranda keçirilən dəfn mərasimində iştirak etdikləri də xəbər verilir.

G.Mirzəyevanın anası lənkəranlı, atası bakılıdır. Amma nədənsə gənc model Bakıda deyil, Lənkəranda torpağa tapşırılıb.

► Məlumata görə, hadisə günü yaxtada olduğu iddia edilən Orxan Nadirov mərhumə xalq artisti, müğənni İlhamə Quliyevanın oğludur.

G.Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124.1) maddəsi ilə cinayət işi başlanıb.

► Qeyd edək ki, criminalaz.com saytının sorğusunu cavablandıran FHN yaxtanın hadisədən sonra H.Axundovun adından çıxarılmasını təsdiqləyib.

Sitat: "26 iyun 2017-ci il tarixdə Mirzəyeva Günel Rəşid qızının ölümü ilə nəticələnən bədbəxt hadisə K-45 adlı ABB 1278 bort nömrəli Yamaha 242 Limited S tipli gəzinti katerin dənizdə olması zamanı baş vermişdir.

Göstərilən gəmi 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Axundov Həbib Ramiz oğlunun adına dövlət qeydiyyatına alınmışdır.

17 iyul 2017-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən gəmi H.Axundovun adından dövlət qeydiyyatından çıxarılmışdır.

Bədbəxt hadisə baş verən zaman gəminin sahibi H.Axundov gəmidə olub. Gəmi sahibi H.Axundov imtahan verərək 04 iyul 2016-cı il tarixdə Xidmətdən katerləri idarə etmək hüququ verən sürücülük vəsiqəsi almışdır".

► E.Axundova isə yenicag.az-a açıqlamasında nazirliyin rəsmi şəkildə medianın sorğusuna cavab olaraq verdiyi açıqlamaları təkzib edib:

"Oğlum hadisə yerində olmayıb. Orada olan şəxs onun dostu olub. Haqqında yayılan məlumat isə doğru deyil.

Oğlum bu hadisədən sonra orada olmadığı üçün heyfsləndiyini bildirib. Əgər orada olsaydı, batan qızı xilas edərdi. Çünki 15 il üzgüçülüklə məşğul olub.

Bu, sadəcə, bədbəxt hadisədir. Burada nə Həbibin, nə də onun dostunun günahı var. Xəzərdə hər yay minlərlə adam boğulub, dünyasını dəyişir. Ümumiyyətlə, Həbibin heç yaxtası olmayıb".

Xəbərlər     Baxılıb: 3441   Tarix: 08 noyabr 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

yay kolleksiyasi gozel gorunmek həkim məsləhəti körpə və ona qulluq biserli uzun donlar süni qidalar klyos donlar 2026 kosmetika vətənə aid bayatılar kahfe fali oglan evi burcler xanim.az