"Moderna" peyvəndində ümidverici nəticə... Daha çox mRNT daşıyır
Koronavirus peyvəndini inkişaf etdirən "Moderna" üçüncü dozanın Omikron variantına qarşı güclü toxunulmazlıq təmin etdiyini açıqlayıb.
Milli.Az aztibb.az-a istinadən bildirir ki, rəylərini ictimaiyyətlə paylaşan şirkət yarım doza peyvəndi olanların Omikron variantına qarşı antikor səviyyələrinin iki doza peyvənd alanlardan 37 dəfə yüksək olduğunu bildirib.
Bundan əvvəl "Pfizer-BioNTech" birgə bəyanatla çıxış edərək peyvəndin üçüncü dozasının antikor səviyyəsini 25 dəfə artırdığını açıqlamışdı.
"Moderna"nın açıqlamasında o da qeyd olunub ki, peyvəndin 3-cü dozası yarım doza əvəzinə tam verilərsə, qorunma dərəcəsi 83 dəfə artır.
Alimlər həmçinin qeyd ediblər ki, "Moderna"nın yarım doza vaksini "Pfizer"in tam dozasından daha çox mRNT daşıyır.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi