Mövsüm dəyişiklikləri ürək-damar xəstələri üçün riskli ola bilər

Mövsüm dəyişiklikləri ürək-damar xəstələri üçün riskli ola bilərMövsümi keçidlər zamanı daim dəyişən hava şəraiti insan sağlamlığına və gündəlik həyat tempinə təsir edir. Xüsusilə ürək xəstəliyi olanlar mövsümi dəyişikliklərdən daha tez təsirlənir.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Liv Bona Dea Hospitalının həkimi, ürək-damar cərrahiyyə mütəxəssisi Cabir Gülmalıyev deyib.
Onun sözlərinə görə, artan rütubət və temperatur, havada allergenlərin tezliyi və ion balansının dəyişməsi ürək-damar xəstələri üçün əlavə risk yarada bilər. Bütün bu dəyişikliklər ürəkdə əlavə yüklənməyə səbəb olur. Xüsusilə ürək çatışmazlığı olan insanların kliniki vəziyyəti daha da ağırlaşır.
Mütəxəssis qeyd edib ki, yazda temperatur və təzyiqin dəyişməsi ilə yanaşı yuxarı tənəffüs yolları infeksiyalarının artması da infarkt riski yarada bilər. Havaların istiləşməsi səbəbindən tərləmə kimi hallar bədəndə maye itkisi, qanda qatılaşma və laxtalanmaya səbəb olur. Bu da infarkt və insult riskini artırır. Risk faktorlarından xəbərdar olmaq, immuniteti güclü saxlamaq, havaya uyğun geyinmək, tütün məhsulları və spirtli içkilərdən uzaq durmaq, xüsusilə 40 yaşdan etibarən qan təzyiqini nəzarətdə saxlamaq, maye qəbulunu artırmaq, kofeinli içkilər, duz, yağlı və qızardılmış yeməklərin istehlakını azaltmaq, aktiv həyat tərzi, erkən diaqnoz, mütəmadi olaraq müayinələrdən keçmək yaranacaq ürək-damar problemlərinin qarşısını alır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1022   Tarix: 08 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

gelinlikler geyim seçimi sade makiyaj sekilleri peçenyelər bayatilar ciyər qovurması zeytunun hazirlanmasi kosmetika efsaneler qiz evi haxista qoğalın nağlı haxışda rus dilin nece orenek