Mövsümi qrip, yoxsa koronavirus? - Yeni testlər hazırlanır - VİDEO

Mövsümi qrip, yoxsa koronavirus? - Yeni testlər hazırlanır - VİDEOİsti yay mövsümünün bitməsi və havaların getdikcə soyuması qripə yoluxma hallarının artmasına gətirib çıxarır. Payızda mövsümi qriplərə yoluxmanın ənənəvi hal olduğunu nəzərə alsaq, koronavirusla adi qrip viruslarını necə fərqləndirmək lazım olduğu bir çoxları üçün maraq doğurur. Hər iki xəstəliyin əlamətlərinin oxşar olmasına baxmayaraq mütəxəssislər koronavirusun mövsümi qripdən fərqinin alt tənəffüs orqanlarına keçib, sətəlcəm yaratdığını deyirlər.
Vasif Əliyev - İnfeksionist: "Bunların əlamətləri çox zaman bənzərdir. Hər ikisi tempraturla, boğaz ağrısı ilə, halsızlıqla, hətta ishalla, əzələ ağrısı, pnevmaniya ilə də nəticələnə bilər. Ancaq koronavirusa xas patomatik əlamətlər var, məsələn, iybilmə və dadbilmənin itməsi. Düzdür, bu, hər xəstədə görülmür, ancaq görüldüyü zaman bizə koronavirusdan şübhələnməyə əsas verir. Qripin bu aydan görünmə ehtimalı çoxalacaq. Bunları yeganə ayırd etməyin yolları burun sürüntüsü, yəni burundan alınan yaxmada PCR üsulu vasitəsilə həm qripin, həm koronavirusun diaqnozunun qoyulmasıdır. Yəni sadəcə, loborator diaqnostika ilə bunların fərqini ayırd edərik, kliniki olaraq çox bənzərdilər".
Bəs görəsən, paytaxt sakinləri necə, klinki olaraq bənzəyən bu iki xəstəliyi bir-birindən ayırd edə bilirmi?
Sakin: "Məncə, koronavirusun hərarəti olur. Amma adi qripdə boğaz ağrıyır, burun axır".
Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, önəmli fərq isə təngənəfəslik və boğulmadır. Bu əlamətlərdən biri və ya hər ikisinin olması qripə deyil, COVID-19 xəstəliyinə xasdır. Bəzi ölkələr pandemiyanın yayıldığı bir vaxtda onu digər xəstəliklərdən fərqləndirmək üçün hərəkətə keçib. Məsələn, Koreya koronavirusla mövsümi qripi eyni anda test edə bilən, dolayısı ilə bir-birinə çox bənzəyən simptomları ayırd edən test kiti hazırlamağa başlayıb. Mütəxəssilərin fikrincə, ölkəmizdə də bu xəstəliklər arasında differensasiya aparılmasına dair bəzi işlərin görülməsinə ehtiyac duyulur.
Adil Qeybulla - Həkim: "Soyuqdəymə ilə koronavirusun differensasiyasında xeyli problemlər gözlənilə bilər. Çünki bu xəstəliklər gedişi ilə birgə bir-birinə yaxındır. Hər ikisi tənəffüs yolları xəstəliyidir. Hər ikisində qızdırma, halsızlıq, əzəzlə-oynaq ağrıları, bel ağrıları kimi ümumi əlamətlər olur. Bu baxımdan bunlar arsında differensasiya eləmək çətinlik törədəcək. Yəqin ki, Dünya Səhiyyə Təşkilatı müəyyən alqoritimlər fikirləşib. Ola bilər müxtəlif testlər hazırlansın bunları differensasiya eləmək üçün. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görməlidir".
Bəli, ölkəmizdə də koronavirusun ikinci dalğasının gözlənildiyi, eyni zamanda qarşıdan mövsümi xəstəliklərin də baş qaldıracağı bir vaxt müəyyən işlərin görülməsi vacibdir. Amma ən vacib məsələ yayılan bütün infeksiya və xəstəliklərdən qorunmağın əsas yolu kimi, birmənalı olaraq gigiyenik qaydalara riayət etmək, maska taxmaq və ara məsafəni gözləməkdir.
Milli.Az

/news.milli.az

Xəbərlər     Baxılıb: 1639   Tarix: 11 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

kosmetik vasiteler donlar 2026 gözəllik məhsulları yuxa tortu yoğun bağırsaq xəstəlikləri bədənə qulluq yumurta qabiginin xeyri kosmetika aydin sani novruz hakista vusale elizade toy gecesı novruza aid hakisda