Müalicəvi xüsusiyyətləri qabığında gizlənmiş çərəz – Görün hansı faydaları var

Müalicəvi xüsusiyyətləri qabığında gizlənmiş çərəz – Görün hansı faydaları varYer fıstığının tərkibində çoxlu vitaminlər olduğunu və doyurucu, tox saxlayıcı çərəz kimi pəhriz zamanı tövsiyə edildiyini bilməyən yoxdur.
Bəs yer fıstığının qabığının da şəfalı olduğundan xəbəriniz varmı?
Bu çərəzin həm özü, həm də çox vaxt soyub atdığımız qırmızı qabıqları bədəni xərçəngdən qoruyur, immunitet sistemini gücləndirir və dərini gözəlləşdirir.
Yer fıstığı qabığının faydalarını təqdim edirik:
Xərçənglə mübarizə aparır: bu çərəzin nazik qabığı antioksidantlarla zəngindir. Güclü antioksidantlar bədənimizdəki sərbəst radikallarla mübarizə apararaq xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.
Xolesterolu balanslaşdırır: fıstıq qabığındakı liflər pis xolesterini (LDL) azaldır və yaxşı xolesterolu (HDL) artırır. Beləliklə, ürək sağlamlığını qoruyur və damarların tıxanmasının qarşısını alır.
İmmunitet sistemini gücləndirir: tərkibindəki vitamin və minerallar sayəsində immunitet sistemini dəstəkləyir və xəstəliklərə qarşı müqaviməti artırır.
Həzmi asanlaşdırır: yüksək lif tərkibi ilə həzm sistemini tənzimləyir, qəbizliyin qarşısını alır və bağırsaq sağlamlığını qoruyur.
Fıstıq qabıqlarından necə istifadə etmək olar?
Bunun bir neçə fərqli yolu var:
Qaynatmaq: bir ovuc fıstıq qabığını yuyub qazana qoyun. Su əlavə edib qaynadın. Bu çayı gündə bir dəfə içə bilərsiniz.
Toz halına salmaq: qurudulmuş fıstıq qabıqlarını toz halına gətirə bilərsiniz. Bu tozu qatıq, salat və ya şorbalarınıza əlavə edərək istehlak edə bilərsiniz.
Hazır məhsullar: Fıstıq qabığı ekstraktı və ya kapsulu şəklində də hazır məhsullar tapmaq olar. Ancaq bu məhsullardan istifadə etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin.
Fıstıq qabıqlarını istehlak edərkən diqqətli olmaqda fayda var. Həddindən artıq istehlak bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Xroniki xəstəlikləri olanların və ya müntəzəm dərman qəbul edənlərin həkimə müraciət etmələri də vacibdir.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1284   Tarix: 26 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

yay geyimləri 2026 adlarin menasi kosmetika mehsullari şir bürcü qaşların formalari faydalı qidalar haxışta kosmetika sevgi toy gecesi rus dilin nece orenek badambura vetene aid atalar sozleri