Müasir qadının 12 etiket qaydası

Müasir qadının 12 etiket qaydası"Əlini cibinə qoyma, ağzını marçıldatma, sakit səslə danış..." Valideynlərin tərbiyəli qız yetişdirmək üçün nələr çəkdiyini bir Tanrı bilir.
Nümunəvi xanım obrazı, kübar davranış qaydaları illərdən bəri dəyişmir. Amma illər keçdikcə, yeni qaydalar yaranır.

Əl sıxmaq
Sizin xoşunuza gəlsə də, gəlməsə də, kişilərin də olduğu bu dünyada özünü rahat hiss etmək üçün onların qaydaları ilə yaşamaq lazımdır. Heç olmasa, hərdən. Üstəlik, bəzən bu, heç də çətin olmur. Əl sıxmağı misal göstərmək olar. XXI əsrdə hamı bir-birinin əlini sıxaraq salamlaşır. Bəzən isə əllə salamlaşmaq yanaqda öpüşlə müşayiət olunur. Lakin yaxın olmadığınız biriylə əllə salamlaşmaqla kifayətlənin.

Biznes-aksessuarlar
Vizit kart, portmanat gündəlik qeyd dəftəri dövrümüzün iş adamı üçün ən lazımlı əşyalardır. Biznes-aksessuarların vahid üslubda olması xüsusilə alqışlanır. Vizit kartlarının hər zaman dolu olmasına nəzarət edin. Əks halda, ən vacib məqamda çətin vəziyyətə düşə bilərsiniz.

Telefonla söhbətlər
Aydındır ki, gün ərzində mütəmadi olaraq telefon əlaqəsi saxlayırıq. Lakin telefonla danışmağın da bir qaydası var. Məsələn, ofisdə ancaq vacib zənglərə cavab vermək lazımdır. Rəfiqənizlə alış-veriş barədə müzakirə və söhbətləri ofis telefon ilə, üstəlik, yüksək səslə və uzun-uzadı danışmaq ədəbsizlikdir. Bundan əlavə, mobil telefonun səsini aşağı etməyi unutmayın. Çünki zəng səsi iş prosesinə mane olur. Çox güman ki, telefonun səsini işgüzar görüşlər, kino və teatrda azaltmaq lazım olduğunu bilirsiniz.

İşgüzar yazışmalar
Elektron poçtunuzu günün istənilən vaxtı yoxlaya bilərsiniz. Lakin işgüzar məktubları iş saatının başlamasından iki saat əvvəl və iş gününün başa çatmasına bir saat qalmış göndərmək yerinə düşərdi. Qəribə ola bilər, ancaq nə etməli, müasir etiket qaydaları bunu tələb edir.

Lanç
Ola bilsin ki, qidalanma rejiminə dəqiqliklə əməl edir, yeməyi həmişə özünüzlə gətirisiniz. Lakin müasir davranış qaydalarına görə, ofisə pis iylənən yeməkləri gətirmək müsbət qarşılanmır.

Saç düzümü və makiyaj
Saç və makiyajı qaydaya salmaq üçün xüsusi otaqlar var. Bütün işçilərin yanında dodaqları rəngləmək, saç daramaq heç etik deyil. Birincisi, bu, ədəbsizlikdir, ikincisi isə bu, bir növ intim münasibətlərə eyhamdır. Otaqda olan əks cinsin nümayəndələri bu hərəkəti birmənalı qarşılamaya bilər. Özünüz haqqında mənfi rəy yaratmaq nəyə lazımdır?

Masa arxasında
Davranış qaydalarına görə, yeməyə bütün qonaqlar masa ətrafında əyləşib öz yerini tutandan sonra başlamaq lazımdır. Salfeti dizin üstünə qoyun, iştahla və səssizcə yeyin. Əgər bu, asiyalı tərəfdaşlarla işgüzar nahardırsa, siz yeməyi arxayınlıqla və ləzzətlə yeyə bilərsiniz. Onlar sizi anlayacaq. Pəhriz haqqında da danışmaq fikrinə düşməyin. Bir də, boşqabla telefonu yanaşı qoyun, ekranı isə əks ərəfə çevirin. Bu zaman gələn bütün zəng və mesajlara görə narahat olmayacaq və dərhal cavab verməyəcəksiniz. Lakin diqqətcil imic yaratmaq üçün hərdən bir ona nəzarət edin.

İctimai nəqliyyatda
İctimai nəqliyyatda smartfonda filmə baxa, kitab oxuya, başqalarının söhbətlərinə qoşula bilərsiniz, amma heç bir halda saqqız çeynəməyin. Hətta çox ac olsanız belə, avtobusda alma, buterburod, cipsi və s. qidalar yeməyin. Açığı, bu, estetik və ən əsası, faydalı deyil. Özünüz də yaxşı bilirsiniz ki, nəqliyyatda nəsə yemək adamı qıcıqlandırır. Yadda saxlayın ki, yemək özü bir mədəniyyətdir. O gözəl və sakit atmosferdə, həm də böyük məmnuniyyətlə yeyilməlidir.

Çanta
Harada olmağınızdan asılı olmayaraq, çantanı heç zaman dizin üstünə qoymayın. Kafedə çantanı stola birləşdirmək üçün xüsusi qarmaq alın. Çanta üçün qarmaqlar həm ucuz, həm də gözəl görünür. Nəfis klatçı masanın üstünə qoymaq yerinə düşər. Portfeli isə müasir və aristokrat xanımlar, adətən, döşəməyə qoyur. Onlardan nümunə götürün.

Söhbət üçün mövzu

İllər keçir, qaydalar isə dəyişmir. Yarım əsr əvvəl də, indi də ictimai yerlərdə həmkarlar və tanışlarla söhbət zamanı seks, maaş kimi məsələlər haqqında danışmaqdan çəkinmək lazımdır. Üstəlik, məclisdə olan hər hansı adam haqqında danışmaq da olmaz. Çünki hamı elə hiss edəcək ki, siz sanki onun barəsində dedi-qodu edirsiniz. Belə hal yalnız ekranda cəlbedici görünə bilər, lakin real həyatda heç kim başqalarının pıçıldaşmasını görmək istəmir.

Çox sağ olun!

Şübhə etmirik ki, siz nəzakətli xanımsınız və lazım gələndə "çox sağ ol" deməyi unutmursunuz. Lakin yadınızda saxlayın ki, bu və ya digər sözü tez-tez təkrarlamaqla onun mənasını qiymətdən salırsınız. Hər xırda köməyə görə, təşəkkür etmək lazım deyil. Bu sözü sonda və bir dəfə demək kifayətdir.

Cazibə

Hətta işgüzar görüşdə də qadın olduğunuzu unutmayın. Lakin bu zaman durmadan gülümsəmək və naz etmək lazım deyil. Yoxsa kişilər bunu eşqbazlıq kimi qəbul edəcək. Yad insanlarla dəyişməz səs tonunda və sakit üz ifadəsi ilə söhbət etmək normal qəbul olunur. Ancaq yeri gələndə və öz əzəmətinizi saxlamaq şərtilə, gülümsəmək olar

Ailə və Uşaq     Baxılıb: 2836   Tarix: 06 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

turlar.az

donlar 2026 yay kolleksiyasi yaz geyimleri 2026 zaur gunay əlibala hacızadə həzm orqanları yay kolleksiyasi 2026 kosmetika hakışdalar rus dilini oyrenek 2ci ders novruza aid hakışda naz mila gulmeli hakista