Müəllimin 12 yaşlı qızını məktəb direktoru zorladı - VİDEO
Hindistanın Bihar əyalətinin Jehanabad mahalına aid Kako qəsəbəsində 12 yaşlı əngəlli qız uşağına təcavüz edən məktəb direktoru və üç müəllim ölkəni dəhşətə gətirib.
Qadınsaytı.az Milli.Az-a istinadən xəbər verir ki, təcavüzə uğrayan qız reanimasiyadadır, yaşamaq üçün mübarizə aparır.
Hindistanın Bihar əyalətinin Jehanabad mahalına aid Kako qəsəbəsində, iddiaya görə, əqli qüsurlu 12 yaşındakı qız uşağına məktəb direktoru Aju Əhməd və üç müəllim qrup halında təcavüz ediblər. Rajkiya Madhya Vidyalaya adlı eyni məktəbdə bədən tərbiyəsi müəllimi olan ananın evdə kömək edəcək kimsəsi olmadığı üçün uşağını məktəbə gətirdiyi açıqlanıb.
"Hindistan Express"ə danışan tənha ana: "O mənim tək uşağım və əqli qüsurludur. Evdə ona baxacaq kimsə olmadığı üçün onu da yanımda məktəbə gətirdim", - sözlərini dilə gətirib.
Polis məmuru P. K. Srivastava ötən həftə yaşanan iyrənc təcavüz hadisəsində məktəb direktoru Aju Əhməd və Atul Rəhman, Abdul Bari, M. Shakaut adlı müəllimlərin adı açıqlanmayan 12 yaşlı qızı məktəb binasının damına çıxararaq təcavüz etdiklərini təsdiqləyib.
Sözügedən məktəbdə müəllim olan ananın qızını huşsuz və üstü-başı dağınıq halda damda tapdığı polis qeydlərində yer alan məqamlardandır. Şübhəlilərin hadisə sonrasında yoxa çıxdıqları və haqlarında həbs qərarı çıxarıldığı açıqlanıb.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir
Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir
Rusiyada qazaxıstanlı reperə cinayət işi açıldı
Rihanna müəlliminə ev aldı
Məzarı açıb ölən modelin başını oğurladılar
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Space TV-də bu veriliş də yayımlanmayacaq