Müəmmalı şəkildə ölən TikTokerin məktubu üzə çıxdı
Sosial media platformalarında Kübrasal kimi tanınan "TikTok" fenomeni Kübra Aykut vəfat edib.
azxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun yaşadığı mənzilin 5-ci mərtəbəsindən özünü ataraq intihar etdiyi iddia edilib.
Kübra Aykutun ölümündən 5 saat əvvəl "İnstaqram"da ev təmizliyi videoları paylaşdığı məlum olub.
Aykutun ölümündən sonra, intihar məktubu tapılıb.
Məktubda onun istifadə etdiyi mobil telefonun şifrəsini yazdığı və bununla da səlahiyyətlilərin onun sosial media hesablarına daxil olmasına icazə verdiyi bildirilib. Telefonla aparılan araşdırmalar nəticəsində onun sağlamlıq problemləri yaşadığı məlum olub.
Aykutun intihar etməzdən əvvəl sosial şəbəkədə etdiyi digər paylaşım isə arıqlamaqla bağlı olub. 44 kiloya qədər arıqladığını bildirən fenomen, "Hər gün bir kilo arıqlayıram. Enerjimi bərpa etdim, amma çəkimi qaytara bilmirəm" deyib. Onun intiharına səbəb səhhətində yaranan problemlər və bu vəziyyətin psixoloji təsirlərinin ola biləcəy düşünülür.
Polis Kübra Aykutun ölümü ilə bağlı araşdırmalarını davam etdirir.
Aysel









Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin