Müğənni Elnarənin övladlarının adlarına Türkiyədən GÖZLƏNİLMƏZ REAKSİYA
Ötən gün müğənni Elnarə Xəlilova əməkdar artist Azərinin TRT Avaz telekanalında efirə gedən "Azərinlə tək ürək" proqramında qonaq olub.
Azərbaycanlı müğənni ilə yanaşı türkiyəli səs sənətçisi Adile Kurt Karatepe də proqramda iştirak edib. TRT Avazın Azərbaycan siması olan Elnarə yaradıcılığından danışıb. O, sevilən mahnıları ifa edib.
"Azərinlə tək ürək"də maraqlı anlar da yaşanıb. Azərin dörd uşaq anası olan Elnarənin övladlarından bəhs edib. Aparıcı onun sənəti ilə yanaşı qayğıkeş ana olmasından danışıb. Elnarənin övladlarının adları isə maraqlı qarşılanıb. Proqramdan sonra azərbaycanlı sənətçisinin övladlarına qoyduğu qədim türk adları türkiyəli izləyicilərin marağına səbəb olub. Onlar sosial şəbəkələrdə "Azəri sənətçinin türk adlı evlatları" başlığı ilə bu barədə fikirlərini bölüşüblər.
Xatırladaq ki, teleaparıcı Rövşən Cahangirovla ailəli olan Elnarənin Bura Xatun adlı qızı, Tuğər, Öndər və Ərtuğrul adlı oğlan övladları var.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin