"Müğənnilərin olduğu "şəngülüm" verilişlər bitsin" - Murad MTRŞ-ya səsləndi
Müğənni-bəstəkar Murad Arif MTRŞ-ya səslənib.
Open.az xəbər verir ki, sənətçi verilişlərdəki qeyri-peşəkarlığın yığışdırılmasını istəyib:
"MTRŞ, ya müğənni çağırmaq, əyləndirmək və şənləndirmək icazəsini bu ölkədə iki-üç kanala ver. Qalanları kino, xəbər, serial, təbiət, cizgi-film, debat, tarix dərsi göstərsin ancaq... Dost-düşmən baxır, ayıbdır!
Bu yeknəsək, müğənnili, divanlı "şəngülüm" verilişlər tükənmədi? Müğənnilər klip çəksin, konsertlərdə oxusun, maqazin verilişlərində görünsün. Hər mövzuda "hökmən müğənni də gəlsin" formatı 2021-ci il üçün yaramır axı.
İndicə çox pis verilişə baxdım.. İştirakçılar, mədəni səviyyə, yumorun səviyyəsi, danışıq qabiliyyəti, guya vətənpərvərlik söhbətləri... Xaos, fars, dəxlisizlik... O qədər pis idi ki...".









Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür