"Müharibə edib erməniləri MƏHV EDƏK" - Zeynəb Xanlarovadan müharibə çağırışı VİDEODA

"Müharibə edib erməniləri MƏHV EDƏK" - Zeynəb Xanlarovadan müharibə çağırışı VİDEODAMilli Məclisdə plenar iclasında "Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar qərar layihəsi" müzakirə edilən zaman deputat Zeynəb Xanlarova müharibə çağırışı edib. O bildirib ki, Azərbaycan mütləq müharibə etməlidir: "Neçə illərdir ki, Milli Məclisdə hamı çıxış edir. Bəs bu çıxışlar hara gedir? Özümüz deyib, özümüz eşdirik. Gəlin müharibə edək, erməniləri qıraq. Bizimkilər onsuz qırılır da... Baxaq görək, atəşkəs dövründə nə qədər şəhid vermişik?! Onlara baxanda ürəyim parçalanır. Hamısı mənim balalarımdır, bizim övladlarımızdır"-deyə Zeynəb Xanlarova bildirib.

Z.Xanlarova Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarının nəticəsizliyini də vurğulayıb. "Bu danışıqlardan sonra nə dəyişir?! Heç nə. Gəlin birdəfəlik müharibə edək də. Ermənilər bizim torpağı işğal ediblər. Bura bizim evimizdir, onlar evimizə giriblər. Gəlin müharibə edib onları məhv edək. Kim nə deyə bilər ki? Biz öz torpağımız uğrunda vuruşuruq. "25 ildir ki, məsələ müzakirə olunur, amma atalar demişkən dəyirman öz işindədir. Hər gün ölməkdənsə, birdəfəlik ölmək lazımdır. Hər şəhid mənim övladım kimidir. Nə vaxta qədər dözməliyik axı?! Nə qədər Xocalı haqqında danışmalıyıq?!".

Bahar Muradova: "Müharibə ilə bağlı qərar Ali Baş Komandanın işidir"

Vitse-spiker Bahar Muradova isə deyib ki, müharibə etmək, sülh istəmək onu necə həyata keçirmək adamların dünyagörüşü, həyata baxışı onun qəlbindən gələn şəkildə ifadə oluna bilər. "Bir müddət əvvəl Azərbaycan və Ermənistanın tanınmış şəxslərinin iştirakı ilə sülh platforması yaradılıb. Hörmətli Zeynəb Xanlarova da həmin platformanın üzvüdür. Təbii ki, müharibə də sülh yaratmanın tərkib hissəsi ola bilər. Amma bir qayda olaraq, siyasətçilərin işi olduğu kimi, hərb də hərbçilərin işidir. Biz müxtəlif məsələlər haqqında fikirlərimizi bildirə bilərik. Lakin müharibə ilə bağlı qərar Ali Baş Komandanın işidir və Ali Baş Komandan bu qərarı Lələ təpəni alacağına əmin olduğu zamanı verir. Buna görə də gəlin nə xalqımızın, millətimizin torpağımızın işğal olunması ilə bağlı keçirdiyi hissiyyatları şübhə atına alaq, nə də bu vəzifəni daşıyan yüksək rəsmilərin qərar verməsinə hanısa tərəflərin rəyindən asılı olduğuna dair fikir formalaşdıraq".

O bildirib ki, Azərbaycan prezidenti beynəlxalq konfranslardakı çıxışları ilə nə qədər qətiyyətli lider olduğunu göstərdi: "Buna görə də hər kəs əmin olsun ki, Azərbaycan prezidenti sülh danışıqları aparmaqla yanaşı, ölkəmizi ərazilərimizin hərbi yolla alınmasına da hazırlayır. Hər gün övladlarımızın şəhid olması bizimlə yanaşı, Azərbaycan prezidentini də narahat edir. Şəhidlərimizlə yanaşı, Çingiz, Mübariz kimi qəhrəman oğullarımızın sayının artmasını da unutmamalıyıq. Biz bədgüman olmamalı, Xocalı, eləcə də digər həqiqətlərimizlə bağlı həm ölkəmizdə, həm də ölkədən kənarda danışmalıyıq. Əgər bu danışıqlar olmasaydı, beynəlxalq ictimaiyyətdə, ayrı-ayrı parlamentlərdə Xocalı ilə bağlı qərarlar qəbul edilməzdi".

B.Muradova qeyd edib ki, Xocalı işğaldan azad edilsə belə, bu faciə haqqında danışılacaq:
"Bu faciəni unutmaq olmaz. Biz erməni vəhşiliyi obrazını ölməyə qoymamalıyıq. Bu baxımdan hesab edirəm ki, zamanında hanısa addımlar atmaq lazımdırsa, onu siyasət və danışıqlarla möhkəmləndirməliyik. Artıq ABŞ-ın 23-cü ştatı da Xocalını soyqırımı kimi qəbul edib. Mən əminəm ki, Azərbaycan dövlətinin məsələnin siyasi və ideoloji tərəfini daim gündəmdə saxlaması siyasəti tamamilə doğrudur. Biz də Azərbaycan xalqı olaraq bu siyasətin möhkəmləndirməsinə öz töhfəmizi verməliyik. Xocalıda baş verən hadisə insanlığa utancdır".

mənbə: bizimyolinfo

Xəbərlər     Baxılıb: 3149   Tarix: 24 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

turlar.az

kosmetika mehsullari yay geyimləri 2026 yemek reseptleri fikrət əmirov qohum evlilik əkizlər bürcü süni mayalanma kosmetika masturbasiya nedir novruz bayramina aid hakistalar rəksanə həmidə qızlıq pərdəsi