MÜJDƏ: Bu dərman xərçəng riskini azaldır

MÜJDƏ: Bu dərman xərçəng riskini azaldırAlimlər müəyyən ediblər ki, müntəzəm aspirin istifadəsi xərçəngə tutulma riskini azalda bilər.
Milli.Az xəbər verir ki, yumurtalıq xərçəngi qadınlar arasında ən çox yayılmış xərçəng növlərindən biridir. Hər il dünyada bu xəstəliklə bağlı çoxlu araşdırmalar aparılır. Bunlardan birini bu yaxınlarda avstraliyalı alimlər aparıb və müəyyən ediblər ki, aspirin qəbulu yumurtalıq xərçənginin inkişaf riskini azaldır. Araşdırmanın nəticələri "JAMA" elmi jurnalında dərc olunub.
Tədqiqatda müxtəlif xərçəng növlərindən əziyyət çəkən 4476 xəstə, həmçinin 6659 nəfərdən ibarət nəzarət qrupu iştirak edib. Tədqiqatçılar etnik mənsubiyyəti, diaqnoz qoyulma yaşı, xərçəng mərhələsi və histologiyanı nəzərə alıblar. Təhlil zamanı məlum olub ki, aspirindən tez-tez istifadə yumurtalıq xərçənginin inkişaf riskini 13% azaldır.
Məqalədə deyilir: "Daimi aspirin istifadəsi, genetik meylliliyin olub-olmamasından asılı olmayaraq, qadınlarda yumurtalıq xərçəngi riskini azaltmağa kömək edə bilər. Ümumilikdə, aspirin qəbul edən qadınların yumurtalıq xərçənginə tutulma riski 13% azdır".
Üstəlik, alimlər əmindirlər ki, xərçəngə genetik meyllilik aspirinin qoruyucu təsirini azaltmır. Aspirinin qadınlarda endometriozun gedişatını yüngülləşdirə biləcəyi də göstərilir.
Eyni zamanda unutmayın ki, həkim resepti olmadan dərmanların nəzarətsiz qəbulu qadağandır. Bildiyiniz kimi, aspirin bronxospazm, daxili qanaxma, qanda trombositlərin sayının azalması kimi bir çox əks təsirlərə malikdir. (publika)
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1235   Tarix: 01 mart 2023
f Paylaş

Oxşar xəbərlər

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

aksessuarlar qis geyimləri 2026 yay kolleksiyasi hamiləlik təqvimi xalq mahnilari sozleri gelinlikler əbdürrəhim bəy haqverdiyev kosmetika vətənə aid klitor rus dilini oyrenek 2ci ders novruz bayramı haxışta bürcler