Mukovisidoz

MukovisidozMukovisidoz genetik autoson-resessiv monogen xəstəlikdir ki, ekzokrin vəzlərin sekresiyasını pozulması ilə xarakterizə olunur. Xəstəlik həyati vacib orqanların, ilk növbədə isə tənəffüs və həzm sisteminin pozulması ilə müşayət olunur. Hər il dünyada 45000 mukovissidozlu uşaq dünyaya gəlir. Mukovissidozun genini daşıyanlar 3-4% təşkil edir, bütün dünyada 275 milyon bu genin daşıyıcısı vardır.
Xəstəlik xarici sekresiya vəzilərinin sekretinin qatılaşması ilə müşahidə edilir. Bronxlarda xroniki iltihabi proses inkişaf edir, bəlğəm çox özlü , qatı olur, çətin xaric olur, onun durğunluğu müşayət olunur. Bir müddət sonra bronxhektaz formalaşır ki, bu da vaxt gekdikcə daha da ağırlaşır.
Mukovisidoz xəstəliyi müxtəlif əlamətlərlə təzahür edir. Yenidoğulmuşlarda xəstəlik özünü daha qabarıq göstərir. Tripsinin çatmazlığı səbəbli bağırsaq möhtəviyyatı bərk və özlü olur. Sonralar bağırsaq keçməzliyi inkişaf edir ki, bu da öd qatışığı ilə qusma, qarın köpməsi, bağırsağın öz funksiyasını yerinə yetirməməsinə səbəb olur. Ağır hallarda mukovissidozun xarakter əlaməti çoxlu miqdar, yağla zəngin, pis qoxulu nəcis ifrazıdır. Uşaqlarda bağırsaq pozğunluqları ilə bərabər öskürək də olur. Öskürək tutmaşəkilli olur, uşaqlarda təngənəfəsliyə və boğulmalara səbəb olur.
Xəstəliyin 3 forması var:
- yüngül forma
- gedişin orta ağırlığı
- ağır gediş
Mukovissidoz xəstəliyi uşaqların mədəaltı və qara ciyər, öd yollarını da zədələyir.
DİAQNOZU: Xəstəliyə diaqnoz qoymaqda anamnezin rolu böyükdür. Ailədə mukovissidozlu xəstənin olması, uşağın fiziki inkişafının ləngiməsi, baqırsaq əlamətləri diaqnozun qoyulmasını asanlaşdırır.
MÜALİCƏSİ: Xəstəliyin müalicəsinə aşağıdakı tədbirlər daxildir:
- bronxların müalicəsi
- mukolitik bəlğəmgətiricilərin işlədilməsi
- tənəffüs sistemini və nəfəsalmanı normallaşdırmaq
- infeksiyanın növünü tapıb ona uyğun müalıcə aparmaq.
Milli.Az

Xəbərlər     Baxılıb: 1266   Tarix: 11 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

qadin sayti reseptler donlar 2026 dunyanin en seksual qadinlari qaynar qazan elme aid atalar sözləri yeni geyimler 2026 kosmetika vətənə aid qaynana hakista sperma öpüşme vicdan