Murad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - Fotolar

Murad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarÖtən gecə müğənni-bəstəkar Murad Arifin Heydər Əliyev Sarayında "3:0" adlı solo konserti baş tutub. 
Heydər Əliyev Sarayının qapıları açılan andan içəriyə axışan izdihamlı tamaşaçı ordusu axın edib. Sarayın dəhlizlərində foto çəkdirənlər, mahnıları zümzümə edənlər, illərdir dillərdə dolaşan hitlərini canlı dinləməyə gələn izləyicilərin coşqusu diqqət çəkib.
Gecəyə xüsusi hazırlaşan müğənni konsertdən öncə media nümayəndələrinin suallarını cavablayıb:
"Həyəcanlı, sürprizli, bol əyləncəli bir konsert olacaq. Aylardır hazırlaşıram. 200 nəfərlik komanda hazırlaşıb. 20 hit manhnı  səsləndirəcəyəm. Hazırlıqlar dövründə səhnəni bölüşəcəyim ulduzları açıqlamadım ki, sırf biletləri Muradsevərlər alsın. İndi açıqlaya bilərəm.
 Xalq artisti Röya Ayxanla iki duetimiz olacaq. Reper Ramil Nabranla da səhnəni bölüşəcəyik. Bu gecə həm əylənəcəyik, həm kövrələcəyik". 
"Bakı gözyaşlarına inanmır" mahnısı ilə konsertə start verən sənətçi gecəyə qəmgin notlarla başlayıb. Aylardır 200 nəfərlə hazırlaşdığı konsertin ssenarisində Murad Arif dəyişiklik edib. 
 Qonaqları salamlayan HITMAKER konsertində bir gün əvvəl vəfat edən Əməkdar artist Cabir İmanovun ailəsinə başsağlığı verib. O, həmçinin millət vəkili Qənirə Paşayeva, Aygün Bəylər, Rəhim Rəhimli, Oqtay Əliyev və Azər Baxşəliyevin də adlarını çəkərək onların xatirəsini ehtiramla anıb.
"Biz eyni sahənin adamlarıyıq. Onun ailəsinə başsağlığı veririk. Hər konsertində cana yaxın dostlarını xatırlayırsan. Bu gün Rəhim Rəhimlinin öldüyü gündür. Bu gün konsertimdə Əməkdar mədəniyyət xadimi Oqtay Əliyev olmalı idi, gənc dostumuz Azər Baxşəliyev olmalı idi. Amma o qrimi edib paltarı geyinib artist olmalısan. Növbəti mahnımı həyatımızda yeri görülən adamlara həsr edirəm. Onların yeri həmişə görünəcək"-, sənətçi öz vəfa borcunu yerinə yetirib. 
Murad Arifin sənət dostlarından danışarkən kövrəlməsi diqqətdən qaçmayıb. 
Gecədə duet ortaqları da Muradı tək qoymayıb və səhnəyə Xalq artisti Röya Ayxan çıxıb. Murad Arif onunla sevilən hitlərdən olan "Ona nə var ki…" adlı mahnını ifa edib. Həmkarların ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. 
Murad bildirib ki, Röyaya yeni hit təqdim edib və sözügedən mahnı Röya Ayxanın konsertində səslənəcək. 
Konsert sosial mesajlarsız da ötüşməyib. "Qızım" mahnısını səsləndirmədən öncə sənətçi selektiv abortlara diqqət çəkiblər. O, atalardan səslənərək qzılarını xüsusi qayğı ilə sevmələrini istəyib:
"Hələ də selektiv abortlar yaralı yerimizdir. Heç bir qadın cinsiyyətinə görə övladını tələf etmir. Adətən atalar qız övladı deyil, oğlul istəyirlər. Selektiv abortların artmasına səbəb budur. Atalar, gəlin, qzlarımızı çox sevək. Onların daim bizim sevgimizə ehtiyacı var". 
Daha sonra "Oğlum" mahnısını ifa edən ulduz oğluna sevgisini də bildirib. 
Konsert zamanı Murad Arifin uşaqlıq illərindəbəhs edən video-şarx təqdim olunub.  Görüntülərdə sənətçinin fərqli düşüncəyə sahib olduğu üçün təklik yaşadığını, dostlarının onu anlamadığı qeyd olunub. Daha sonra səhnəyə müğənni ilə birlikdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin  üzvləri  çıxıb. Onlar birlikdə "Fərqliyəm" mahnısını səsləndirib. 
"Dondurma", "Mənə Sən Lazımsan", "Tufan", "Oppalara", "Yalnız səni gözlədim", "Saçların", "Partlat!" mahnılarını ard-arda ifa edən sənətçi  səhnəni reper Ramil Nabranla bölüşüb. 
Konsert zamanı iki kostyum dəyişən HITMAKER geyimlərinin özəl olaraq onun üçün hazırlandığını, svarovski daşlarla bəzədildiyini hətta konsertə görə 5 kilo çəki itirdiyi deyib. 
Anşlaq və alqışlarla keçən konsertin sonunda tamaşaçılar Murad Arifi zaldan buraxmaq istəməyib. Saray alqış sədaları ilə çalxalanıb. Murad Arif həm musiqisi, həm verdiyi mesajlar, həm də səmimiyyəti ilə tamaşaçılarına unutulmaz bir axşam bəxş edib. 
Bütün biletlərin satıldığı gecə Murad Arifin nə qədər sevildiyini bir daha sübut edib.
Murad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - Fotolar/ azxeber.com

Şou Biznes     Baxılıb: 1027   Tarix: 01 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

"Uzak Şehir" bu tarixdən başlayır

Kanal D ekranlarında yayımlanan "Uzak Şehir" serialının 3-cü mövsüm çəkilişlərinə start verilib. -a istinadən bildirir ki, bu gün çəkiliş meydançasına qayıdan serialın yeni mövsümünün ilk səhnələri İstanbulda lent

.

Ceki Çan Bakıya gəldi

Dünya şöhrətli aktyor Ceki Çan Bakıya gəlib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edək ki, Ceki Çanın "Tanrının Zirehi 4" (Armour of God 4: The Ultimatum") adlı beynəlxalq fil

.

Məşhur müğənni Cansever vəfat etdi

Türkiyəli müğənni Cansever vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, ifaçı 59 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib. . Qeyd edək ki, Cansever xərçəngdən əziyyət çəkirdi. Müğənni "Ben ne günler gördüm"

.

Ronaldo və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb

Futbol üzrə Portuqaliya millisinin və "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu Corcina Rodriqeslə rəsmi nikaha daxil olub. Cütlük toy mərasimindən bir gün əvvəl nikah müqaviləsi imzalayıb. Müqaviləyə əsasən

.

Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir

Əməkdar artist Elza Seyidcahan illərdir gündəmdən düşməyən heyvanlara verdiyi konsertdən danışıb. Müğənni aktyor Fərda Xudaverdiyevin "O üz, bu üz" yutub layihəsində qonaq olub. E.Seyidcahan bildirib ki, həmin layihəd

.

Elnarə Abdullayevaya ağır itki

Əməkdar artist Elnarə Abdullayevanın qardaşı dünyasını dəyişib. Bu barədə Elnarə Abdullayeva sosial şəbəkə hesabında yazıb. O, kədərini bu sözlərlə ifadə edib:. "Bəzən insan elə bir itki yaşayır ki, onu heç bir söz ifad

.

Kamilə Babayevaya ağır itki

Aparıcı Kamilə Babayevaya ağır itki üz verib. OLAY-a istinadən xəbər verir ki, aparıcının anası Münəvvər xanım vəfat edib. Allah rəhmət eləsin!

.

Toppuş bacı'nın atası da vəfat etdi

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın atası Məcid Əliyev vəfat edib. . M.Əliyev bu gün 88 yaşında dünyasını dəyişib. . Qeyd edək ki, "Toppuş bacı" ləqəbi ilə tanınan aktrisa onkoloji xəstəlikdən əziyyət çəkird

.

Aqil Məlikov əməliyyat olundu

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov özəl xəstəxanaların birində açıq ürək əməliyyatı keçirib. xəbər verir ki, bu barədə "Teleqraf"a xanəndənin oğlu Hüseyn Məlikov məlumat verib. Onun sözlərinə görə, atasını

turlar.az

geymler 2026 qis geyimləri 2026 gelinlikler mahuddan tikilen kishi ust geyimi qadinin arxadan olmasi vegetativ sinir sistemi geyim və ayaqqabılar kosmetika qadin.az novruza aid hakista kondom nedir arıqla bakire