Murad Dadaşovun "Maşın şou"su ilə bağlı o sirrin üstü açıldı: Sən demə 9 min manat verib...

Murad Dadaşovun "Maşın şou"su ilə bağlı o sirrin üstü açıldı: Sən demə 9 min manat verib...Tanınmış jurnalist Ülviyyə Alovlu "Maşın şou"nun aparıcısı Murad Dadaşov, eləcə də şounun iştirakçısı Vüsalə Kərimova ilə bağlı şok ittihamlar səsləndirib.
Xanim.az xəbər verir ki, yenicag.az-a açıqlama verən Ü. Alovlu İlkin Misgərli ilə oyundan imtina etməsinin əsl səbəbini və pərdəarxası yaşanan fırıldaqları etiraf edib.

"Niyə oynamalı idim ki? O bilirdi ki, mən onun müdiri İlkin Həsəniyə söz vermişdim ki, Misgərliyə dəyməyəcəyəm. Biz Həsəni ilə illərdir duz-çörək kəsirik. Mən İlkinlə dostluq edəndə Misgərli restoranlarda klounluq edirdi. 2-3 ildir ki, bu çevrəyə girən adama görə köhnə dostluğu poza bilməzdim. O, bunu bilə-bilə namərdlik etdisə, o demək deyil ki, mən də namərd oyun oynamalı idim. Amma o unutdu ki, həyat bununla bitmir və mənə yaxşı dərs verdi. Dərslərdən biri də o oldu ki, bundan sonra mən belə insanlarla dostluq edə bilmərəm. Açıq bəyan edirəm, artıq "Bozbaş"çıları dost kateqoriyasından kolleqa kateqoriyasına yerləşdirmişəm. Çünki etibardan sui-istifadə edənlər mənə dost ola bilməz.

"Amma bu dueldən imtina etməyini başqa yerə yozanlar da oldu. Sms yarışında ona uduzacağını bilib, oynamadın - dedilər", sualına isə Ü.Alovlunun cavabı belə olub:

"Bu suala verəcəyim cavab çox danışılacaq. Çünki, əslində, tamaçaşı tv-nin işini bilməməlidir. Amma artıq bu məsələyə aydınlıq gətirmək üçün etiraf etməliyəm. Belə şoularda xalqdan səslər çox cüzi miqdarda gəlir. Əsas səslər isə iştirakçıların ya dostları, ya da özləri tərəfindən verilir. Mən də belə oyunlar üçün yaxınlarımın pul xərcləməsini istəmədim. Çünki səsvermədə qalib gəlmək üçün külli miqdarda pul qoyanlar oldu ki, hələ də o borcu necə verəcəklərini düşünürlər (gülür). Məsələn, elə biri Vüsalə Kərimova. Dediyinə görə, Murad Dadaşovdan Elşad Xoseni "vurmaq" sifarişi alıb. O dueldə Vüsalə həm ona qarşı çıxan Talıba, həm də "sifariş olunmuş" Xoseyə qalib gəlmək üçün xeyli pul xərcləməli olub. Bildiyimə görə, "Maşın şou"da ona xərclənən səslərə görə protejesi Yaşarla birgə hələ də 9 min manat borcları var. Axırda nə oldu ki? Onsuz da, oyundan atdılar da (gülür). O 9 minin üstünə 9-un da qoyub, özümə yeni maşın alaram da. Tamaşaçı bilsin ki, heç də hər şey tv-də göründüyü kimi deyil. Mən isə heç vaxt belə fitnələrə getməmişəm və getmərəm. Tamaşıçı da açıq-aydın gördü ki, bu mənada ayıq adamam və heç kimə məni öz şousu üçün oyuncaq etməyə imkan vermərəm!!!"

Xəbərlər     Baxılıb: 2658   Tarix: 07 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

yay kolleksiyasi gozel gorunmek həkim məsləhəti körpə və ona qulluq biserli uzun donlar süni qidalar klyos donlar 2026 kosmetika vətənə aid bayatılar kahfe fali oglan evi burcler xanim.az