Musa Quliyev: Sağalanların sayının xəstələnənləri üstələməsi heç kəsi arxayınlaşdırmamalıdır

Musa Quliyev: Sağalanların sayının xəstələnənləri üstələməsi heç kəsi arxayınlaşdırmamalıdırYeni növ koronavirusdan (COVİD-19) sağalanların sayının xəstələnənləri üstələməsi bizi sevindirir, amma bu gedişat heç kəsi arxayınlaşdırmamalıdır.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bildirib: ""Pandemiya ilə mübarizə sahəsində bütün lazımi addımlar atılır"- ,bu sözləri cənab Prezident İlham Əliyev Şəkidə mobil tipli klinikanın açılışında söyləyib. Cənab Prezidentin söylədiyi kimi, son illərdə Azərbaycanda səhiyyənin geniş bazası və güclü potensialı yaradılıb. Hazırda ölkənin 46 klinikasında koronaviruslu xəstələr müalicə alır. Bu xəstəxanaların 41- i son illərdə Prezident İlham Əliyevin göstərişi ilə tikilib. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Koronavirus pandemiyası elan olunan kimi dövlət başçımız bütün bəşəriyyət üçün böyük təhlükə olan COVİD-19 infeksiyası ilə mübarizəni öz nəzarətinə götürdü, sistemli, ardıcıl və kompleks tədbirlər həyata keçirildi. Görülən tədbirlər və sərt karantin rejiminin tətbiqi nəticəsində bu ilin aprel ayının sonlarında epidemiya tam nəzarət altına alındı və lokallaşdı. Amma təəssüf olsun ki, may ayında karantin rejiminin yumşalması əks effekt verdi və qısa müddət ərzində yoluxma yenidən alovlandı. Xəstələnənlərin, o cümlədən, ağır xəstələrin sayı kəskin şəkildə artdı. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə qısa müddətdə alınıb gətirilən və qurulan mobil tipli klinikalar xəstələrin stasionar müalicəsinin təmin olunmasında əvəzsiz rol oynadı. Əgər cənab Prezidentin önləyici addımları olmasa idi, həqiqətən də ciddi böhranla üzləşə bilərdik, necə ki, bir çox inkişaf etmiş Avropa dövlətləri xəstələri yerləşdirməyə yer, müalicə üçün cihaz və avadanlıq çatışmazlığı ilə üzləşdilər. Amma biz bu çətinliyi hiss etmədik. Çünki hələ mart ayında koronavirus pandemiyası ilə mübarizə üçün kompleks tədbirlərin görülməsi, o cümlədən, 10 ədəd mobil klinikanın yaradılması ilə bağlı dövlət başçısının sərəncam və tapşırıqları olub. Artıq bu klinikaların 9 - u istifadəyə verilib. Bununla yanaşı, qısa müddətdə koronavirusla mübarizə vasitələrinin - tibbi maska, qoruyucu kombenzonların və dezinfeksiya edici məhlulların ölkədaxili istehsalı təmin olundu. Azərbaycan nəinki, özünün ehtiyaclarını ödəyə bildi, hətta 30-a yaxın dovlətə humanitar yardım da göstərmiş oldu".
Komitə sədri vurğulayıb ki, Azərbaycan Prezidentinin COVİD-19-la mübarizə ilə bağlı BMT-nin xüsusi sessiyasının çağırılması təklifi ilə çıxış etməsi və bu təşəbbüsün dünyanın 130 dövləti tərəfindən dəstəklənməsi artıq yeni bir tarixi dönəmin başlanmasıdır:
"Bu artıq ölkəmizin gücünün və nüfuzunun dünya birliyi tərəfindən ehtiraf edilməsi, tanınması və qəbul edilməsidir! Eyni zamanda onu da qeyd etmək lazımdır ki, pandemiyadan əziyyət çəkən sahibkarlara, fuziki şəxslərə, iş yerləri müvəqqəti bağlanan insanlara dövlət tərəfindən böyük dəstək göstərilmişdir və bu dəstək bu gün də davam etməkdədir. Əlamətdar hadisədir ki, koronavirus pandemiyası ilə əlaqədar iqtisadi aktivliyin azalması, neft qiymətlərinin kəskin aşağı düşməsinə baxmayaraq, ölkəmizdə bütün sosial layihələr uğurla davam edir, bir dənə də olsun ixtisara düşən, yaxud həcmi azaldılan sosial layihə yoxdur. Əksinə, yeni iş yerlərinin açılması, özünəməşğulluq proqramının daha da genişlənməsi, ünvanlı sosial yardımla əhatə olunan ailələrin sayının artması bir daha təsdiq edir ki, Azərbaycan sosial dövlətdir və insanların sosial rifahı daim dövlət rəhbərinin diqqəti mərkəzindədir. Aparılan məqsədyönlü tədbirlər, o cümlədən, karantin qaydalarının yenidən sərtləşdirilməsi, maska rejiminin, sosial məsafənin qorunması, cərimələrin tətbiqi, ictimai qınağın və nəzarətin genişlənməsi nəticəsində son həftələr yaxşı nəticələr əldə edilməkdədir. Sağalanların sayının xəstələnənləri üstələməsi bizi sevindirir, amma bu gedişat heç kəsi arxayınlaşdırmamalıdır! May ayında arxayınlaşdıq və ağır nəticəni gördük: minlərlə yoluxma, yüzlərlə ölüm!".
M.Quliyev əlavə edib ki, əgər biz may ayında lazımi məsuliyyət nümayiş etdirsə idik, indiki və bəlkə də bundan sonra ola biləcək karantin məhdudiyyətlərinə ehtiyac olmayacaqdı:
"Amma keçənə güzəşt deyərlər və səhvlərdən nəticə çıxarmasaq daha ağır fəlakətlə üzləşə biləcəyimizi də yaddan çıxarmayaq. Tez- tez soruşurlar ayın 5-dən sonra karantin rejimi bitəcəkmi? Bu barədə son və həlledici qərarı Operativ Qərargah verəcək. Bizim söylədiyimiz ancaq subyektiv fikirlərimiz ola bilər. Ancaq mən bir həkim və sosioloq kimi söyləyə bilərəm ki, biz yaxın aylar üçün karantinin yalnız yumşalmasından danışa bilərik. Nə qədər koronavirusun vaksini və spesifik müaliçəsi yoxdur, bəşəriyyət karantin məhdydiyyətləri ilə yaşamağa məhkumdur. Eyni zamanda, hər hansı formada insanlarımızın sosial və psixoloji gərginliyinin azaldılması, immunitetin artırılması üçün vacib olan hava, günəş və dəniz ehtiyaclarının ödənilməsi üçün şərait yaradılması üzərində də düşünməliyik. Əks halda oktyabr-noyabr aylarında daha ciddi yoluxma riski ilə üzləşə bilərik! Profilaktik tədbirlərin artıq keçici deyil, uzun müddətli, bəlkə də qalıcı xarakter alacağını da qəbul etmək zorundayıq. Sosial məsafənin gözlənilməsi, maska rejimi, dezinfeksiya vasitələrdən istifadə, çox adamın bir yerə toplaşmaması, qapalı məkanlarda tədbirlərin keçirilmənəsi və s. profilaktik addımlar gündəlik həyat tərzimiz olacaqdır. Və ən əsası bu qaydalara hamımız əməl etməliyik, şüurlu şəkildə, məcburiyyət və nəzarət olmadan. Mən inanıram ki, biz bu sınaqdan da uğurla, üzü ag çıxacağıq".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1480   Tarix: 01 avqust 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

gelinlikler qis geyimləri 2026 makiyaj instagram faydalı bitkilər körpəyə qulluq infarkt elametleri dolmalar kosmetika oğlaq intim hesaplama seksi hakistalar