Mustafa Ceceli Bakıda görün kimin oğlunun toyuna gəldi - FOTOLAR
Türkiyəli müğənni Mustafa Ceceli Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, sənətçi ötən gün "Boulevard Hotel"də baş tutan nişan mərasiminə qatılıb. Gecədə Murad Arif, Miri Yusif, Ayaz Qasımov da yer alıblar.
Cecelinin toydan görüntüləri sosial şəbəkədə paylaşılıb. O, paytaxtımıza qardaşı Sinan Cecelini də gətirib.
"Qafqazinfo"nun məlumatına görə, türkiyəli ulduzun iştirak etdiyi məclisin səbəbkarları Fərrux və Güləndam cütlüyüdür.
Bəy Fərhad adlı azərbaycanlı biznesmenin oğludur. Bundan başqa, cütülüyün nişan və toydakı görüntüləri Cecelinin yeni klipində yer alacaq. Ailə bu layihəni həyata keçirmək üçün müğənniyə qonorar ödəyəcək. Mahnını isə azərbaycanlı bəstəkar Kəmalə Qasımova ərsəyə gətirəcək.
Qeyd edək ki, müğənni ötən ay da Azərbaycana gəlib. O, Şəmkirin Şiştəpə kəndində keçirilən dəbdəbəli toy mərasimində çıxış edib və bunun müqabilində 62 min manat qonorar alıb.
Ceceli eyni zamanda Məlahət Abbasovanın "Məlahətli söhbətlər" proqramına da çəkiləcək.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin